MühaziRƏ MÖvzusu I : İQTİsadi NƏZƏRİYYƏNİn predmeti VƏ metodu. P L a n


Menecment və onun əsas prinsipləri



Yüklə 362,16 Kb.
səhifə22/68
tarix05.01.2022
ölçüsü362,16 Kb.
#111242
1   ...   18   19   20   21   22   23   24   25   ...   68
7. Menecment və onun əsas prinsipləri

Əvvəllərdə qeyd etmişdik ki, tarixən idarəetmə funksiyası biznes - fəaliyyətin təşkilatçıları - mülkiyyətçi-sahibkarlar tərəfindən yerinə yetirilirdi. Lakin XIX əsrin sonu XX əsrin əvvəllərində istehsalın inkişafı idarəetmə məsələsini yeni şəkildə qiymuşdur. Texnikanın və yeni texnologiyanın inkişafı, istehsalın miqyasının artımı idarəetməni kəskin surətdə mürəkkəbləşdirmiş, onu xüsusi bilik tələb edən fəaliyyət dairəsi kimi ayırmışdır.

İdarəetmə funksiyasının sahibkarlardan ayrılmasında məhsuldar qüvvələrin inkişafının, onun əsasını təşkil edən elmi-texniki inqilabın təsiri böyük olmuşdur. Elmi-texniki inqilab istehsalda, eləcə də istehsalın idarə edilməsində yeni əmək intizamı, yeni təşkilatçılıq və yeni münasibətlər tələb etdi. Elmi-texniki inqilab dövründə idarəetmə amilinin, bununla əlaqədar olaraq idarəetmə finksiyasını yerinə yetirən insanların rolu və social vəziyyətinin yüksəlməsi “menecerlik inqilabı” konsepsiyasının meydana gəlməsi üçün əsas olmuşdur. Buna müvafiq olaraq tədricən mülkiyyətçilərin adından istehsalın idarəetmə funksiyasını yerinə yetirən peşəkar təşkilatçılar - menecerlər formalaşır. Firmaların (müəssisələrin) səmərəli idarə edilməsi vəzifəsinin bu işi yaxşı bilən və bacaran muzdlu peşəkar mütəxəssislərə - menecerlərə həvalə edilməsilə bazar iqtisadiyyatı ölkələrində, yeni müstəqil bir fəaliyyət növünün - menecmentin meydana gəlməsinin əsası qoyuldu.

Firmanın malik olduğu iqtisadi resurslardan istifadə etməklə qarşıda duran məqsədlərə çatmaq üçün onun səmərəli idarə edilməsi menecmentin mahiyyətini təşkil edir.

Menecment (ingilis sözü, manaqement - idarəetmə mənasını verir) istehsalın səmərəliliyini yüksəltmək və mənfəəti artırmaq məqsədilə istehsalın idarə olunmasının prinsip, metod və formaları haqqında nəzəri və praktiki biliklər sistemidir.

Beynəlxalq təcrübədə menecent sahibkarlıq korporasiyası və səhmdar kompaniyası şəraitində social-iqtisadi proseslərin idarə edilməsinin sinonimidir. “Menecment” sözünə dörd məna vermək olar: insanlarla davranış üsulu (manerası), idarəetmə istahğı; spesifik qabiliyyətlər və inzibati vərdişlər; idarəetmə orqanı; inzibatçılıq vahidi.

Müasir şəraitdə müxtəlif firmalarda iqtisadi durumun vəziyyətini 3 əsas amil müəyyən edir: a) texnika və texnologiyanın vəziyyəti; b) iş qüvvəsinin keyfiyyəti; v) istehsalın təşkili və idarə edilməsi (menecerlik). Bu amillərdən üçüncüsü, sistemyaradıcı xarakter daşıyır. Tədqiqatlar göstərir ki, menecerliyin vəziyyəti texnikanın, texnolo­giyanın və eləcə də işçi qüvvəsinin səviyyəsinə təsir göstərir.

Müasir menecerlik öz “xarakteri”, öz inkişaf məntiqi olan xüsusi iqtisadi münasibətlər mühitidir. Təsadüfi deyildir ki, XX əsrin görkəmli iqtisadçılarından biri ola A.Marşal kapital, əmək və torpaq kimi üç ənənəvi amillə yanaşı idarəetməni ayrıca bir amil kimi xüsusi olaraq ayırmışdır.

Dünya ədəbiyyatında elmi menecment, əməyin elmi təşkili nəzəriyyəsi və metodologiyasının əsasını qoymuş Amerika mühəndisi və tədqiqatçısı F.Teylora xüsusi yer verilir. F.Teylor idarəetməyə “nə etmək lazımdır və bunu ən yüksək şəkildə və ucuz başa gəlməklə necə etməyi dəqiq bilmək məharəti” kimi baxmışdır. Onun fikirləri 1911 -ci ildə çapdan çıxmış “Elmi menecerliyin prinsipləri” əsərində verilmişdir. Burada idarəetmə prinsipləri dörd qrupa bölünür:

1. Məqsədin seçilməsi;

2. Məqsədə çatmaq vasitələrinin seçilməsi;

3. Məqsədə çatmaq vasitələrinin hazırlanması;

4. Nəticələrə nəzarət edilməsi.


Yüklə 362,16 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin