MühaziRƏ MÖvzusu I : İQTİsadi NƏZƏRİYYƏNİn predmeti VƏ metodu. P L a n



Yüklə 362,16 Kb.
səhifə49/68
tarix05.01.2022
ölçüsü362,16 Kb.
#111242
1   ...   45   46   47   48   49   50   51   52   ...   68
Friksion işsizlik zəruri və müəyyən mənada arzu olunan işsizl­ikdir. Çünki öz arzusu ilə «iş arasında» qalan işçilər az əmən haqqı olan sahələrdən daha yüksək məhsuldar sahələrə və yüksək əmək haqqı verilən iş yerlərinə keçirlər. Bu iş qüvvəsi üçün əmək resurslarının səmərəli bölgüsü və eyni zamanda milli məh­sulun real həcminin artması deməkdir.

Struktur işsizlik. Vaxtaşırı olaraq istehlak tələbinin tərkibində və istehsal texnologiyasında mühüm dəyişikliklər baş verir ki, bu da iş qüvvəsinin tərkibində olan ümumi tələbi dəyişir. Belə dəyişiklik bəzi ixtisaslara olan tələbi azaldır və ya ümumiyyətlə, heç tələb olmur. Yeni ixtisasa olan tələb isə artır. Yeni iş yerlə­rinin tələbinə uyğun olmayan digər ixtisas sahiblərinə ehtiyac qal­mır və nəticədə işsizlik yaranır. Köhnə ixtisasa vərdişi və təcrü­bəsi olan işçilər öz iş qabiliyyətlərini sata bilmirlər. Coğrafi amil kimi əhali miqrasiyası da bu prosesə öz təsirini göstərir.

Friksion işsizliklə struktur işsizliyi fərqləndirmək lazımdır. Bunlar arasında mühüm fərq ondan ibarətdir ki «friksion» iş­sizlər əmək vərdişinə (adətinə), müəyyən xtisasa malikdir, struktur işsizlər isə qabaqcadan müəyyən hazırlıq keçmədikləri üçün uzun müddət iş tapa bilmirlər; friksion işsizlik qısamüddətli, struktur işsizlik isə uzunmüddətli olur.

İnstitutsional işsizlik. İşsizliyik bu forması əmək bazarının qeyri-səmərəli fəaliyyəti zamanı yaranır, yəni boş iş yerləri haq­qında tam informasiya verilməyəndə informasiya sistemi işsizlik səviyyəsini olduğu kimi əks etdirmir. Belə bir şəraitdə işsizlərə yardım artırılır və gəlirlərə görə vergilər isə aşağı endirilir. Buna görə də işsizlik müddəti uzadılır və iş axtarmaq stimulu aşağı düşür.

Təbii işsizlik. İşsizlik bazar iqtisadiyyatının xarakterik cə­hətidir. Odur ki, tam işsizlik bazar təsərrüfatının inkişafı ilə həmahənglik təşkil etmir. Buna görə də işsizlik müəyyən bir çərçi­vəyə alınmalıdır. Bu çərçivə daxilində səmərəli artım təmin edil­məlidir və iqtisadi sabitlik vəziyyəti bu artıma uyğun olmalıdır. Belə bir ideal səviyyəyə uyğun gələn işsizliyə təbii işsizlik de­yilir.


Yüklə 362,16 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin