MühaziRƏ MÖvzusu I : İQTİsadi NƏZƏRİYYƏNİn predmeti VƏ metodu. P L a n


Gəlirlərin formalaşmasının bazar mexanizmi



Yüklə 362,16 Kb.
səhifə53/68
tarix05.01.2022
ölçüsü362,16 Kb.
#111242
1   ...   49   50   51   52   53   54   55   56   ...   68
5. Gəlirlərin formalaşmasının bazar mexanizmi.

Gəlir anlayışının mahiyyətini, gəlirlərin mənbələrini aşkar et­məzdən əvvəl, bölgü münasibətlərinin məzmunu, onun iqtisadi münasibətlər sistemində yeri və rolu haqqında qısa da olsa şərh verilməsi tələb olunur.

Hər bir cəmiyyətdə və hər bir ölkədə istehsal olunmuş ümumi milli məhsul bölünür. Onun bir hissəsi ictimai tələbatların, digər hissəsi isə cəmiyyət üzvlərinin şəxsi istehlaklarının ödənilməsi üçün istifadə olunur. Bölgü istehsalın nəticəsidir. Məhsulların bölgüsü istehsalla müəyyən olunur və bilavasitə ondan asılıdır. Bu, hər şeydən əvvəl onunla əlaqədardır ki, bölünən artıq istehsal edilmiş məhsullar olur. Lakin məhsulların bölgüsü istehsalın özünə aid olan və onun məzmununu müəyyənləşdirən başqa bölgü növlərindən də asılıdır.

Bölgü münasibətlərini geniş və dar mənada fərqləndirmək olar. Geniş mənada bölgü dedikdə, istehsal subyektləri arasında istehsal şərtlərinin və amillərinin bölgüsü nəzərdə tutulur. Bu bölgünü çox vaxt istehsal vasitələri üzərində mülkiyyət də adlandırırlar. Dar mənada bölgü dedində, sadəcə olaraq, istehsalın nəticəsi olan məhsulların bölgüsü başa düşülür. Məhsulların bölgüsü istehsal subyentləri arasında istehsal amillərinin necə bölüşdürülməsin­dən, yəni onlar üzərində mülkiyyətin formasından və xarakterindən asılıdır. Bölünən məhsullar üzərində mülkiyyət iln növbədə istehsal amilləri üzərində mülkiyyətin formasından asılı olaraq müəyyən edilir. Beləliklə, istehlan məhsullarının bölgüsündən əv­vəl cəmiyyətdə istehsal vasitələrinin bölgüsü baş verir. Bununla əla­qədar olaraq istehsal vasitələrinin bölgüsü birinci, istehsalın nəticəsi olan məhsulun bölgüsü isə ondan sonra həyata keçirilir.

Lakin belə bölgü formalarını, ümumi milli məhsulun istehsal amillərinə (əmən, kapital, torpaq, sahibnarlıq fəaliyyəti) görə və ya cəmiyyətin üzvləri arasında bölüşdürülməsindən fərqləndir­mək lazımdır. Birinci halda söhbət gəlirlərin funksional böl­güsündən gedir. Gəlirlərin funksional bölgüsü nəticəsində ilnin gəlirlər - əmək haqqı, faiz, renta və mənfəət formalaşır. İkinci halda isə, söhbət fərdi (şəxsi) bölgüdən gedir, bu zaman ayrı-ayrı şəxslər, ailələr, ev təsərrüfatları arasında gəlirlərin səviyyəsinə uyğun bölgü nəzərdə tutulur.

Beləliklə, bölgü - cəmiyyətin bu və ya digər üzvünə və istehsal amilinə düşən məhsulun həcmini və payını müəyyən edir.

Gəlirlərin ilkin bölgüsünü və yenidən bölgüsünü bir-birindən fərqləndirirlər. Gəlirlərin ilkin bölgüsü nəticəsində maddi isteh­salın iştirakçılarının hər birinin istehsal olunmuş milli gəlirdə payı müəyyən edilir. Başqa sözlə, istehsal olunmuş milli gəlir əv­vəlcə onun yaradılmasında bilavasitə iştirak edənlər, yəni istehsal amillərinin mülkiyyətçiləri arasında bölüşdürülür. Məlumdur ki, əmək, kapital, torpaq və sahibkarlıq fəaliyyəti istehsalın başlıca amilləri kimi çıxış edir. Buna görə də gəlirlərin ilkin bölgüsündə həmin amillərin mülkiyyətçiləri olan iş qüvvəsi, kapital, torpaq, sahibkarlıq fəaliyyəti sahibləri iştirak edərək, əmək haqqı, faiz, renta, mənfəət formasmda gəlir əldə edirlər. İstehsal olunan milli gəlirin ilkin bölgüsündən sonra, onun yenidən bölgüsü baş verir. Gəlirlərin yenidən bölgüsündə milli gəlirin bilavasitə istehsalı ilə məşğul olmayan cəmiyyətin digər üzvləri iştirak edirlər. Cəmiy­yətin bir sıra sosial qrupları - müəllimlər, həkimlər, elm və incə­sənət xadimləri, dövlət məmurları məhz bu bölgü nəticəsində müəyyən gəlirlərə malİK olurlar. Beləliklə, milli gəlirin ilkin böl­güsü və yenidən bölgüsü nəticəsində cəmiyyətin bütün üzvlərinin və sosial qruplarının gəlirləri formalaşır.

Bölgü iqtisadi və sosial funksiyaları yerinə yetirir. Bölgünün iqtisadi funksiyası tələbatlar, maraqlar, həvəsləndirmə sistemi va­sitəsi ilə milli iqtisadiyyata təsirində özünü göstərir. Bölgünün sosial funksiyası isə sosial tələbatların ödənilməsini və inkişafını təmin edir. Milli iqtisadiyyatın inkişafında bölgünün mühüm əhəmiyyəti vardır. Bu onunla əlaqədardır ki, öz əmək və kapitalını sərf etməklə iqtisadi fəaliyyətlə məşğul olan hər bir adam müvafiq gəlir əldə etməyə çalışır. Buna görə də bölgü hər bir şəxsin iqtisadi fəaliyyətlə məşğul olması üçün həvəsləndirmə sistemi ya­radan amil kimi çıxış edir. Bundan əlavə, bölgü, gəlirləri formalaşdırmaqla cəmiyyətin iqtisadi məqsədlərinə nail olmasına, ölkə əhalisinin həyat səviyyəsinin müəyyən olunmasına təsir göstə­rir. Məhz buna görə də bölgü və gəlirlərin formalaşması həmişə iqti­sad elminin diqqət mərkəzində olmuşdur.

Gəlir anlayışı iqtisadi fəaliyyətin nəticələrini özündə əks etdi­rir. İqtisadi ədəbiyyatda gəlir anlayışı iki mənada nəzərdən ke­çirilir. Birinci mənada, gəlirə istehsal olunmuş məhsulun dəyərinin onun istehsalına sərf olunan xərclərdən artıq olan hissəsi kimi baxılır. İkinci mənada isə gəlir istehsal olunmuş məhsulda bazar iqtisadiyyatının hər bir subyektinin payının müəyyən olunması kimi nəzərdən keçirilir. Bu bölmədə gəlir anlayışına ikinci mənada baxılacaqdır.

Bazar iqtisadiyyatı subyektlərinin gəlir əldə etməsi onların iq­tisadi fəaliyyətdə səmərəli iştirak etmələrinin obyentiv sübutudur. Əldə olunan gəlirin səviyyəsi isə bu iştiraxm miqyasım göstərir.

Gəlirlərin bazar fəaliyyətindən bilavasitə asılılığı yalnız bir halda, cəmiyyətin bəzi üzvlərinin obyektiv səbəblər üzündən bu prosesdə iştiran edə bilməməsi nəticəsində pozula bilər (məsələn, təqaüdçülər, əmən qabiliyyəti yaşına çatmamış gənclər, əlillər, işsizlər və başqasının öhdəçiliyində yaşayanlar). Bu kolan insanlar bütün cəmiyyət tərəfindən himayə olunur və dövlət onlara cəmiyyət adından müntəzəm olaraq pul müavinətləri verir. Belə ödəmələr əhalinin məcmu gəlirlərinin xüsusi elementi olsa da, bu xalis bazar elementi kimi çıxış etmir.

Bazar gəlirləri isə həmişə iqtisadi fəaliyyətlə məşğul olan cə­miyyətin hər bir üzvünün başqa adamların xeyrinə olan səmərəli səylərinin nəticəsidir. Deməli, belə gəlirlər istehsal subyektlərinin təklif etdikləri əmtəə və xidmətlərin, digərlərin yaratdığı tə­ləblə üst-üstə düşməsi ilə müəyyən olunur. Tələblə təklifin qarşı­lıqlı əlaqəsi bazar iqtisadiyyatında gəlirlərin formalaşmasının obyektiv mexanizmidir.

Gəlirlərin formalaşmasının bazar sistemi, inzibati-amirlik sis­temində formalaşan gəlirlərdən əsaslı dərəcədə fərqlənir. İnzibati-amirlik sistemində hər bir vətəndaşın əmək sərfinə uyğun gəlməyən hər hansı bir gəlir yol verilməz hesab olunurdu. Bu cür sosialist ədalətli yanaşma prinsipi bazar sisteminə qəti uyğun gəlmir. Bazar iqtisadiyyatında əmtəələr, xidmətlər, Kapitallar və iş qüvvələri bazarlarında azad rəqabət nəticəsində əldə olunan hər bir gəlir normal və məqbul sayılır. Başqa sözlə, rəqabətdə uğur qazananların yüksək gəlirləri də, müvəffəqiyyətsizliyə uğrayan­ların cüzi gəliri də eyni dərəcədə ədalətli və münasib sayılır. Ba­zar iqtisadiyyatında əməkləri tələb olunmayan ixtisassız adamların aşağı gəlirləri ədalətli sayıldığı kimi, qiymətlərin dəyişməsi nə­ticəsində uğur qazanan brokerin yüksək gəliri də ədalətli sayılmalıdır. Gəlirlərin bölgüsünün bazar mexanizmi cəmiyyət üzvlərinə nə bərabər gəlirlər, nə də eyni rifah halı zəmanəti vermir.

Gəlirlərin bazar mexanizmi əsasında formalaşması iqtisadiyyat­da məşğul olan cəmiyyətin bütün üzvlərinə aiddir. Eyni zamanda əhalinin müəyyən təbəqəsinin gəlirləri qəti müəyyən edilmiş xarakter daşıyır. Məsələn, bunlara təhsil, səhiyyə, dövlət aparatın­da və bu kimi sahələrdə işləyənləri aid etmək olar. Ancaq diqqətlə nəzərdən keçirsək görərik ki, bu adamların da gəlirləri müəyyən pe­şə sahibləri bazarlarındakı rəqabətdən xeyli dərəcədə asılıdır. Beləliklə, gəlirlərin formalaşmasının bazar mexanizmi öz-özlüyündə sosial ədalət prinsipi ilə az əlaqədardır. Gəlirlərin bazar mexaniz­mi əsasında formalaşması üçün yalnız bir ədalət mövcuddur - is­tehsal amilləri mülkiyyətçilərinin gəlirləri tələb və təklif qanunları­na əsaslanan gəlirlərdir.

Bazar iqtisadiyyatında cəmiyyət sosial bərabərlik və sosial ədalət problemləri ilə hesablaşmalıdır. Sosial bərabərlik insanların təkcə istehsal vasitələrinə olan münasibətdə onların qanun qarşısında bərabərliyi, sağlamlıqlarının qorunması, təhsil alması imkanlarında mövcud olan bərabərliyi deyil, həm də hər bir şəxsin onun əmən sərfinə uyğun olaraq sosial nemətlər almasında bərabər­liyini nəzərdə tutur. Tarixi təcrübə göstərir ki, cəmiyyətdə bərabər bölgü yoxsulluğa gətirib çıxarır. Buna görə də bazar iqtisadiyya­tının formalaşması şəraitində cəmiyyət hər bir şəxsin qabiliyyətini aşkara çıxarmalı və stimullaşdırmalı, hər bir əmək qabiliyyətli insa­nın öz şəxsi rifah halını müəyyən etməsi üçün şərait yaratmalıdır. Dövlət gəlirlərin bölgüsünə müdaxilə etməklə, heç də gəlirlərin bərabərləşməsinə çalışmamalıdır. Cəmiyyət üzvləri arasında bərabərlik gəlirlərin bərabərləşdirilməsi yox, onların hər kəsin qabi­liyyətinə uyğun diferensiallaşmasından ibarət olmalıdır. Eyni zamanda cəmiyyət sosial ədalətin də saxlanmasına nail olmalıdır. Bu məsələnin həlli gəlirlər üzərində nəzarətin olmasım, iri məbləğli gəlirlərin, vərəsələrin, bəxşişlərin üzərində mütərəqqi vergiqoymanı, yeni vergi sisteminin yaradılmasını, bütün imtiyazların ləğv edilməsini nəzərdə tutur.

Qərb iqtisadi nəzəriyyəsində gəlirlərin ədalətli bölgüsündə dörd nöqteyi-nəzər mövcuddur: eqalitar, roulsian, utilitar, bazar. Eqalitar prinsipə görə cəmiyyətdə gəlirlərin bölgüsündə bərabərsizlik yoxdur. Roulsian prinsip gəlirlərin elə diferensiasiyasım ədalətli sayır ki, nisbi iqtisadi bərabərsizlik cəmiyyətin ən yoxsul üzvlərinin daha yüksək mütləq həyat səviyyəsinin təmin edilməsi­nə təsir göstərsin. Utilitar prinsipə görə gəlirlər onların ayrı-ayrı adamlar tərəfindən istifadəsinin faydalılığına proporsional şəklində bölüşdürülməlidir. Bazar prinsipi istehsal amilləri mülkiyyətçilərinin gəlirlərinin həmin amillərdən alman son hədd məhsullarına uyğun olaraq bölünməsini nəzərdə tutur. Bu halda gəlirlərin bölgüsündə həddən artıq bərabərsizlik mövcud olur (kurs ekonomiçeskoy teorii. Pod. red. Çepurina M.N., Kiselevoy E.A. M. 1994, səh 451-452).

Hər bir cəmiyyətdə gəlirlərin ədalətli bölgüsü prinsiplərinin seçilməsi həmin cəmiyyətin iqtisadi, siyasi quruluşundan və həm də onun inkişafının tarixi-milli xüsusiyyətlərindən asılıdır. Bi­zim ölkəmizdə uzun müddət gəlirlərin bölgüsündə eqalitar prinsi­pi hökm sürmüşdür. Buna görə də Azərbaycan Respublikasında gəlirlərin bölgüsündə bazar prinsiplərinin tətbiqi, əhalinin rifah halının minimum standartlarının təmin edilməsi və əhalinin so­sial müdafiəsi sahəsində konkret tədbirlərin həyata keçirilməsi ilə sıx bağlı olmalıdır.

Göstərdiyimiz kimi, gəlirlərin formalaşmasının bazar mexaniz­mi gəlirlərin bölgüsündə bərabərsizliyə gətirib çıxarır. Bununla belə XX əsrin sonunda bazar iqtisadiyyatının sənayecə innişaf et­miş ölkələrində hər bir insan, iqtisadi fəaliyyətin formasından və nəticələrindən asılı olmayaraq, onun layiqli yaşayışını təmin edən minimum rifah halının olması hüququna malikdir. Bu məqsədlə dövlət əhalinin müəyyən hissəsinin normal həyat tərzinin təmin edilməsi üçün aktiv sosial tədbirlər həyata keçirir. Dövlət gəlir­lərin yenidən bölgüsündə fəal iştirak etməklə bir-biri ilə əlaqədar olan iki məsələni həll edir. Bir tərəfdən o, gəlirlərdə olan bərabərsizliyi zəiflətməyə çalışır, digər tərəfdən isə bu bərabərsizliyi aradan qaldıra bilmir və onun tam aradan qaldırılmasına da ça­lışmamalıdır. Bərabərsizlik yalnız bazar iqtisadiyyatının nəticəsi deyil, həm də onun səmərəli fəaliyyətinin labüd şərtidir. Məhz gəlirlərin bölgüsündə olan qeyri-bərabərlik, əmək fəaliyyətinin həqiqi motivlərinə və kapitalların səmərəli investisiyalarına olan ma­rağı artıra bilər.

Müasir şəraitdə imdşaf etmiş ölkələrdə dövlətin gəlirlərin ye­nidən bölgüsündə fəal iştiram böyük əhəmiyyət kəsb edir. Belə ki, müharibədən sonrakı illərdə ABŞ-da transfert ödəmələrin (iş­sizliyə görə müavinətlər, sosial təminat ödəmələri, dövlət təqaüdləri və s.) federal büdcənin xərclərində payı 60 faiz və ÜMM-də 15 faiz təşkil etmişdir.


Yüklə 362,16 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin