Mühazirə müəllimi: Dos. H. H. Həsənov



Yüklə 2,21 Mb.
Pdf görüntüsü
səhifə113/157
tarix10.12.2023
ölçüsü2,21 Mb.
#139539
növüMühazirə
1   ...   109   110   111   112   113   114   115   116   ...   157
Maliyyə Və Kredit

KitabYurdu.az 
146


dinamikasına, meylinə nəzarət müəssisənin istehsal, təsərrüfat və kommersiya 
fəaliyyətinin bütün tərəflərini və habelə maliyyə-kredit mexanizmini əhatə edir. 
Maliyyə nəzarətinin obyekti xalq təsərrüfatının bütün mərhələlərində maliyyə 
resurslarının, o cümlədən pul vəsaiti fondlarının yaradılması, formalaşması və istifadəsi 
prosesindən ibarətdir.
Maliyyə nəzarətinin təşkilinin konkret forma və metodları iqtisadi kateqoriya 
kimi maliyyəyə obyektiv surətdə xas olan nəzarət funksiyasının praktiki təcəssümüdür. 
Dövlət maliyyə nəzarəti pul fondlarının bütün növlərini əhatə etdiyinə görə 
maliyyə nəzarəti çoxsəviyyəli və geniş əhatəli olur.
Maliyyə nəzarəti istər dövlətin və istərsə də onun idarələrinin, habelə bütün digər 
iqtisdi subyektlərin mənafe və hüquqlarının təmin edilməsinə yönəldilmişdir. 
Dövlət maliyyə nəzarəti dövlətin maliyyə siyasətinin reallaşdırılmasına və 
maliyyə sabitliyi üçün şərait yaradılmasına yönəldilmişdir. Bu hər şeydən əvvəl bütün 
səviyyəli büdcələrin və büdcədənkənar fondların tərtibi, təsdiqi və icrası, dövlət 
müəssislərinin və idarələrinin, dövlət banklarının və maliyyə korporasiyalarının 
fəaliyyətinə nəzarət deməkdir. Dövlət tərəfindən iqtisadiyyatın qeyri-dövlət bölməsinə 
maliyyə nəzarəti yalnız dövlət qarşısında pul öhdəliklərinin yerinə yetirilməsi sahəsinə 
toxunur. Buraya vergilər və digər məcburi ödənişlər, onlara ayrılmış subsidiya və 
kreditlərdən istifadə zamanı qanunçuluğa əməl edilməsi və öz təyinatına istifadə 
edilməsi, dövlət tərəfindən müəyyən edilmiş pul hesablaşmalarının təşkili, uçot və 
hesabatın aparılması qaydalarına əməl edilməsi və s. aiddir.
Müəssisəninin fəaliyyətinə maliyyə nəzarətinə həm də kredit idarəsi tərəfindən 
edilən nəzarəti və daxili nəzarəti də aid etmək lazımdır. Buraya aşağıdakılar daxildir: 
– pul resurslarının – xususi, borc alınmış və cəlb edilmiş resursların 
səmərəliliyinin və məqsədyönlü istifadəsinin yaxşılaşdırılması; 
– faktiki maliyyə nəticələrinin proqnozlaşdırılan səviyyə ilə müqayisəli təhlili; 
–investisiya layihələrinin nəticələrinin maliyyə cəhətdən qiymətləndirilməsi; 
– maliyyə hesablarının üzgünlüyü və dəqiqliyi; 

Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin