Mühazirə müəllimi: Dos. H. H. Həsənov



Yüklə 2,21 Mb.
Pdf görüntüsü
səhifə115/157
tarix10.12.2023
ölçüsü2,21 Mb.
#139539
növüMühazirə
1   ...   111   112   113   114   115   116   117   118   ...   157
Maliyyə Və Kredit

KitabYurdu.az 
148


xərclənməsinin qarşısının alınması üçün maliyyə proqramlarının və proqnozlarının 
əsaslığının qiymətləndirilməsini nəzərdə tutur.
Cari (operativ) maliyyə nəzarəti maliyyə əməliyyatlarının baş verməsi, ssuda və 
subsidiyaların verilməsi anında və s. aparılır. Cari maliyyə nəzarəti vəsaitlərin alınması 
və verilməsi zamanı mümkün sui-istifadə hallarının qarşısını alır, maliyyə intizamına 
əməl edilməsinə, maliyyə-pul hesablaşmalarının vaxtında həyata keçirilməsinə kömək 
edir. Bu işdə mühasibat xidməti böyük rol oynayır. 
Sonrakı maliyyə nəzarəti – maliyyə və mühasibat sənədlərinin təhlili və təftişi 
yolu ilə aparılır, təsərrüfat subyektlərinin maliyyə fəaliyyətinin qiymətləndirilməsi, 
maliyə planlarının proqnoz göstəricilərinin maliyyə strategiyasının nəticələri ilə 
tutuşdurulması və maliyyə xərclərinin proqnoz xərcləri ilə müqayisəsini nəzərdə tutur. 
Keçirilmə metodlarına görə maliyyə nəzarətinin yoxlama, müayinə, gözqoyma, 
maliyyə fəaliyyətinin təhlili, müşahidə (monitorinq), təftiş kimi formaları fərqləndirilir. 
Hesab və xərc sənədləri əsasında keçirilən yoxlama prosesində maliyyə 
fəaliyyətinin ayrı-ayrı maddələri nəzərdən keçirilir və aşkar edilmiş nöqsanların aradan 
qaldırılması üçün tədbirlər nəzərdə tutulur. 
Müayinə yoxlamadan fərqli olaraq tədqiq edilən iqtisadi subyektin fəaliyyətinin 
mümkün inkişaf perspektivlərini müəyyən etmək üçün onun maliyyə-qtisadi 
göstəricilərinin geniş spektrini əhatə edir. 
Gözqoyma nəzarətedici orqanlar tərəfindən bu və ya digər maliyyə fəaliyyəti 
növü üçün lisenziya almış təsərrüfat subyektinin üzərində aparılır və onlar tərəfindən 
müəyyən edilmiş qaydalara və normativlərə əməl edilməsini nəzərdə tutur. Məsələn, 
Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən kommersiya banklarının 
fəaliyyətinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti 
Baş Idarəsi tərəfindən fəaliyyətinə göz yetirilir.
Maliyyə nəzarətinin bir növü kimi maliyyə fəaliyyətinin təhlili – maliyyə 
fəaliyyətinin nəticələrini ümumi qiymətləndirmək, maliyə vəziyyətini və xüsusi 

Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin