1999-cu il yanvar ayının 1-dən tətbiq edilən vahid Avropa valyutası (AVRO)
regional beynəlxalq hesab vahidini – EKJ–ni əvəz edir. EKJ-dən fərqli olaraq o, kağızlı
pul vahididir. Avropada onun kupyur və sikkələrin çapına artıq başlanmışdır. 2002-ci
ildən nağd AVRO dövriyyəyə buraxılmışdır.
PULUN NÖVLƏRI
Pulun növləri. Meydana gəldiyi dövrdən tarixi təkamül
yolu keçmiş pul xeyli
dəyişikliklərə məruz qalmış, təkmilləşmiş, özünün daha mükəmməl formasını tapmağa
çalışmış və bu proses hələ də davam etməkdədir. Buna görə də bu illər ərzində pulun
müxtəlif növləri meydana gəlmişdir.
Öz təkamülü dövründə pullar aşağıdakı mərhələlərdən keçmişlər:
Metal pullar –
hələ qədim zamanlarda, 26 əsr bundan əvvəl sikkələr şəklində
Çində, qədim Siriyada istifadə olunmağa başlamışdır.
Sonralar XIX-XX əsrin
əvvəllərində Rusiyada sikkələrdən olduqca geniş istifadə olunmağa başlanılmışdır. Bu
dövrlərdə istifadə olunan qızıl və gümüş pulların üzərlərində göstərilən dəyərlər onların
real dəyəri ilə üst-üstə düşürdü. Getdikcə bazar münasibətlərinin artması və gündən-
günə mükəmməlləşməsi dövriyyədə əmtəə mübadiləsinin
genişlənməsinə səbəb oldu
ki, bu da öz növbəsində artıq qızıl və başqa qiymətli metal pulları sıxışdırmağa başladı.
Belə ki, əmtəələrin artması və onların mübadiləsinin genişlənməsi qızıl pul istehsalı ilə
üst-üstə düşmədi. Qızılın az olması, bu pulların tədavülə az buraxılması əmtəə
tədavülündə onların vasitəçi rol oynaya bilməsinə mane oldu və qızıl
pullar getdikcə
kağız pullarla əvəz olunmağa başladılar.
Kağız pullar – tam qiymətli pulların nümayəndələridir. Beləliklə, kağız pulların
meydana gəlməsi aşağıdakı mərhələləri əhatə edir:
I mərhələ – sikkənin silinməsi;
Метал пуллар
Каьыз пуллар
Кредит
пуллар
Електрон
пуллар
Dostları ilə paylaş: