nəzarəti orqanlarından başqa Azərbaycanda ixtisaslaşdırılmış maliyyə nəzarəti orqanları
da mövcuddur ki, onların fəaliyyət sferası maliyyənin konkret sahəsi, xüsusən vergiyə
cəlbetmə və ya sığortalamaqdır. Azərbaycan Respublikasının
Vergilər Nazirliyi
Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2001-ci il tarixli 281 №-li sərəncamı
ilə yaradılmışdır. Vergilər Nazirliyi vergi qanuvericiliyinə
əməl edilməsinə,
vergilərin
və digər məcburi ödənişlərin düzgün hesablanmasına, onların tam və vaxtında büdcəyə
ödənilməsinə nəzarəti təmin edi. Vergilər Nazirliyi və bilavasitə
ona tabe olan vergi
orqanları Dövlət Vergi Sistemini təşkil edir. Öz növbəsində Vergilər Nazirliyi aşağı
vergi orqanlarının fəaliyyətinə nəzarət edir, vergi xidmət orqanlarının digər nəzarətedici
hüquq-mühafizə orqanları ilə qarşılıqlı fəaliyyətini əlaqələndirir.
Maliyyə nəzarəti sistemində sığorta nəzarəti xüsusi əhəmiyyət kəsb edir.
Ölkəmizdə sığorta işi 1990-cı ildən başlayaraq müstəqil inkişaf etməyə başlamış və bu
istiqamətdə Azərbaycan dövləti tərəifndən məqsədyönlü işlər görülmüşdür.
Azərbaycan Milli Sığorta bazarı 1992-ci ildən formalaşmağa başlamışdır.
Ölkəmizdə aparılan iqtisadi islahatlarla əlaqədar 18 aprel 2001-ci il tarixli Azərbaycan
Respublikası Prezidentinin 467 saylı Fərmanı ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti Yanında Dövlət Sığorta Nəzarətinin funksiyaları Azərbaycan Respublikası
Maliyyə Nazirliyinə verildikdən sonra Azərbaycan Respublikasının
Maliyyə
Nazirliyinin Baş Sığorta Nəzarəti Idarəsi sığorta fəaliyyətini lisenziyalaşdırmaq və
vahid sığorta bazarını tənzimləməkdən başqa sığorta tariflərinin fəaliyyətinin əsaslığına
və sığortaçıların ödəniş qabiliyyətinin təminatlığına nəzarəti həyata keçirir. Bu
məqsədlə sığorta ehtiyatlarının formalaşması və yerləşdirilməsi qaydası müəyyən edilir,
sığorta şirkətinin aktivləri və öhdəlikləri arasındakı nisbətin hesablanma metodikası və
habelə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin müəyyən
etdiyi normativlər də
daxil olmaqla sığorta əməliyyatları üzrə uçot qaydası və hesabat forması
müəyyən
edilir. Qanunçuluğun və normativ sənədlərin tələbləri bir
neçə dəfə pozulduğu aşkar
edildiyi hallarda Azərbaycan Respublikasının Maliyyə Nazirliyi sığorta
şirkətinin
Dostları ilə paylaş: