Mühazirə müəllimi: Dos. H. H. Həsənov



Yüklə 2,21 Mb.
Pdf görüntüsü
səhifə123/157
tarix10.12.2023
ölçüsü2,21 Mb.
#139539
növüMühazirə
1   ...   119   120   121   122   123   124   125   126   ...   157
Maliyyə Və Kredit

KitabYurdu.az 
156


lisenziyasının fəaliyyətini məhdudlaşdırmaq və yaxud onun ləğv edilməsi haqqında 
məhkəməyə müraciət etmək hüququna malikdir. 
Bank sisteminin yenidən qurulması və kommersiya banklarının meydana gəlməsi 
maliyyə nəzarəti sahəsində bankların funksiyalarını xeyli dəyişmişdir. Mövcud 
qanunvericiliyə əsasən kommersiya bankları onların müştəriləri – fiziki və hüquqi 
şəxslərin dövlət tərəfindən müəyyən edilmiş hesablaşma-kassa əməliyyatlarının 
aparılması qaydasına və valyuta qanunvericiliyinə əməl edilməsinə nəzarəti təmin edir. 
Bundan başqa, kommersiya bankları ssuda verdikdə öz təşəbbüsləri ilə onların kredit 
qabiliyyətliliyini qiymətləndirmək üçün təsərrüfat subyektlərinin maliyyə fəaliyyətini 
təhlil edir, verilmiş ssudanın istifadəsinə və hesablanmış faizlə birlikdə qaytarılması 
mümkünlüyünü müəyyən etmək üçün müşahidə (monitorinq) formasında nəzarət edir. 
Maliyyə nəzarətinin həyata keçirilməsində Azərbaycan Respublikasının Mərkəzi 
Bankı xüsusi rola malikdir. Hakimiyyət səlahiyyətləri ilə təmin edilmiş dövlət 
idarəetmə orqanı kimi o, ölkədə pul-kredit münasibətlərini təşkil və nəzarət edir. 
Mərkəzi Bank kommersiya banklarının fəaliyyətinə nəzarəti həyata keçirir. Bu məqsəd 
üçün xüsüsi bölmə – Kredit Təşkilatlarının Fəaliyyətinə Nəzarət Departamenti 
yaradılmışdır ki, həmin departament kommersiya banklarının bank qanunvericiliyinə 
və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş bank 
fəaliyyəti normativlərinə əməl edilməsini yoxlayır. Pozuntu faktları aşkar edildikdə və 
ya banklar tərəfindən tam olmayan və yaxud qeyri-dəqiq məlumatlar verildikdə 
pozuntunun növündən asılı olaraq Azərbaycan Respublikasının Mərkəzi Bankı 
müəyyən təsir metodlarından – nizamnamə kapitalının minimum həcminin 0,1%-dən 
1%-dək cərimə, maliyyə sağlamlaşıdırılması üzrə tələbin yerinə yetirilməsi və yenidən 
təşkili və kommersiya bankının rəhbərliyinin dəyişdirilməsi, daha ciddi normativlərin 
tətbiqi, ayrı-ayrı əməliyyatların aparılmasına və bir il müddətinə filialların açılmasına 
qadağa qoyması, 12 aydan çox olmayan müddətə müvəqqəti inzibatçının təyin edilməsi 
və nəhayət son tədbir kimi – bankın lisenziyasının geri alınması və bankın ləğvi istifadə 
edə bilər. 

Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin