Mühazirə müəllimi: Dos. H. H. Həsənov



Yüklə 2,21 Mb.
Pdf görüntüsü
səhifə126/157
tarix10.12.2023
ölçüsü2,21 Mb.
#139539
növüMühazirə
1   ...   122   123   124   125   126   127   128   129   ...   157
Maliyyə Və Kredit

KitabYurdu.az 
160


Azərbaycanda auditor nəzarəti təşkilatların maliyyə-təsərrüfat fəaliyyətinə 
nəzarətin nisbətən yeni istiqamətidir. 
Auditor nəzarəti kənar maliyyə nəzarətidir. Onu istər attestasiyadan və sahibkar-
auditor kimi qeydiyyatdan keçmiş olan ayrı-ayrı fiziki şəxslər və ya respublika 
qanunvericiliyi ilə nəzərdə tutulmuş hər hansı təşkilati-hüquqi forması olan auditor 
firmaları (o cümlədən xarici) həyata keçirə bilər. Onlar auditor fəaliyyətinə lisenziya 
aldıqdan sonra auditorların və auditor firmalarının Dövlət Reyestrinə daxil edilir.
Auditor nəzarətinin əsas vəzifəsi auditor nəzarətinin audit olunacaq iqtisadi 
subyektin mühasibat və maliyyə hesabatlarının düzgünlüyünü, aparılan maliyyə və
təsərrüfat əməliyyatlarının Azərbaycan Respublikasında fəaliyyət göstərən normativ 
aktlara uyğunluğunu müəyyən etmək, ödəniş-hesablaşma sənədlərinin, vergi 
bəyannamələrinin və yoxlanılan iqtisadi subyektlərin digər maliyyə öhdəlikləri və
tələbnamələrinin yoxlanılmasından ibarətdir. Auditor təşkilatı başqa xidmət növü də 
göstərə bilər: mühasibat uçotunun qoyuluşu və aparılması, mühasibat hesabatının və 
gəlir haqqında bəyannamənin tətbiqi, maliyyə-təsərrüfat fəaliyyətinin təhlili və 
proqnozlaşdırılması, mühasibat xidməti işçilərinin öyrədilməsi və maliyyə-təsərrüfat 
qanunvericiliyi məsələsində məsləhət vermək, auditor yoxlaması nəticəsində alınmış 
təkliflərin işlənib hazırlanması və s.
Auditor təşkilatlarının bütün xidmətləri pulludur. Çünki auditor təşkilatlarının 
özləri hüquqi şəxs statusu ilə təsərrüfat hesablı təşkilatlar kimi fəaliyyət göstərirlər. Bir 
qayda olaraq auditorların müştəriləri ilə bütün münasibətləri xidmətlərin ödənilməsi 
müqaviləsi ilə rəsmiləşdirilir.
Audit iki yerə bölünür - daxili audit və xarici audit. 
– Daxili audit firma daxilində və eyni zamanda filiallarda audit xidmətini həyata 
keçirir.
– Xarici audit (yaxud kənar audit ) – xüsusi audit firması, dövlət vergi idarəsi,
idarə və müəssisələr, banklar, xarici təsərrüfatlarla səhmdar və sığorta cəmiyyətləri ilə
bağlanmış müqavilələr əsasında həyata keçirilir. Xarici auditlərin əsas vəzifələri 

Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin