Kommersiya müəssisələrinin mənfəəti, amortizasiya və digər pul vəsaiti fondları
onun iqtisadi və sosial inkişafının maliyyələşdirilməsinin başlıca mənbəyi olur.
Bankların və digər kredit təşkilatlarının kreditləri müəssisələrin
xüsusi mənbələri
hesabına ödənilir.
Özünümaliyyələşdirmə – müəssisənin tam maliyyə müstəqilliyi ilə qırılmaz
surətdə əlaqədardır. Maliyyə müstəqilliyində müəssisə öz maliyyə,
material və əmək
resurslarına sərbəst sərəncam vermək, iqtisadi maraqlardan çıxış
edərək dövriyyəyə
borc və cəlb edilmiş vəsaitləri axtarıb tapmaq və istiafadə etmək hüququ vardır.
Müəssisədə kommersiya fəaliyyəti nəticəsinə maraq
prinsipi
müəssisənin və
onun kollektivinin fəaliyyəti qazanılmış müsbət nəticələrinə görə maddi
mükafatlandırma mənbəyi kimi mənfəət əldə edilməsində təzahür edir.
Dövlətin və müəssisə işçilərinin maraqları müəssisənin
rentabelli fəaliyyəti ilə
təmin edilə bilər.
Müəssisənin iqtisadi məsuliyyəti
büdcə, məqsədli fondlar, digər müəssisələr və
banklar qarşısında öhdəliklərin yerinə yetirilməsinə görə qanunvericilik qaydalarında
müəyyən edilmiş maliyyə sanksiyası sistemi vasitəsilə təmin edilir. Vergi
qanunvericiliyini pozan vergi ödəyiciləri üçün xüsusi məsuliyyət forması
nəzərdə
tutulur. Müəssisə öhdəliyinə öz əmlakı ilə məsuliyyət daşıyır.
Müəssisənin iqtisadi məsuliyyəti sahibkarlıq risqinin sığortalanması sistemi ilə
müəssisənin maliyyə resurslarında sığorta şirkətlərindən daxil olan sığorta ödəmələrinin
rolunun artması ilə güclənir.
Kommersiya müəssisələrinin maliyyəsinin mühüm
prinsiplərindən biri də
maliyyə
planlaşdırılması ilə kommersiya hesabının uzlaşdırılmasıdır.
Investisiya fəaliyyətində heç bir firma maliyyələşdirməyə və son maliyyə
nəticəsilə əsaslandırılmış layihə (plan) işləyib hazırlamadan işə başlaya bilməz.
Firmadaxili planlaşdırma əsasında müqavilələr bağlanır, müsabiqə əsasında sifarişlər
yerləşdirilir. Planların işlənib hazırlanması (xaricdə onu layihə adlandırırlar)
istehlakçıların
tələbatının
dərindən
öyrənilməsinə,
rəqiblərin
təcrübəsinin
Dostları ilə paylaş: