2.
Sair daxilolmalar.
Adi fəaliyyət
növündən gəlirlər dedikdə, təşkilatın elə gəlirləri başa düşülür ki,
onun əldə edilməsi bir qayda olaraq müntəzəm xarakter daşıyır və təşkilatın adi istehsal-
kommersiya, maliyyə və investisiya fəaliyyəti ilə əlaqədardır. Bu isə müəssisənin
fəaliyyətinin predmetini təşkil edir.
Adi fəaliyyət növündən gəlirlər aşağıdakılardan ibarətdir:
1. Məhsul və əmtəə satışından gəlirlər – işin yerinə
yetirilməsi və xidmətin
göstərilməsi ilə əlaqədar gəlirlər;
2. Icarə müqaviləsi üzrə öz aktivlərini müvəqqəti istifadəyə (sərəncama və
istifadəyə) verməyə görə daxilolmalar (icarə haqqı);
3. Ixtiralara, sənaye nümunələrinə və intellektual mülkiyyətin digər növlərindən
irəli gələn hüquqların verilməsinə görə gəlirlər (royalti
də daxil olmaqla lisenziya
ödənişləri);
4. Başqa təşkilatların nizamnamə kapitalında iştirakına görə daxilolmalar
(dividendlər);
Sair daxilolmalar dedikdə,
əməliyyat gəlirləri, satışdankənar əməliyyatlardan
gəlirlər, habelə fövqəladə gəlirlər başa düşülür.
Əməliyyat gəlirlərinə daxildir:
1. Təşkilatın aktivlərinin haqqı ödənilməklə müvəqqəti olaraq istifadəyə verilməsi
ilə bağlı daxilolmalar;
2. Ixtiralara, sənaye nümunələri və intellektual mülkiyyətin
digər növlərinin
patentlərindən irəli gələn hüquqlarının haqqı ödənilməklə verilməsi ilə əlaqədar
daxilolmalar;
3. Başqa təşkilatların nizamnamə kapitalında iştirakı ilə əlaqədar daxilolmalar
(faizlər və qiymətli kağızlar üzrə digər gəlirlər də daxil olmaqla);
4. Birgə fəaliyyət nəticəsində (sadə ortaqlıq müqaviləsi üzrə) təşkilatın əldə etdiyi
mənfəət;
KitabYurdu.az
170
5. Əsas vəsaitlərin və pul vəsaitlərindən fərqlənən (xarici valyutadan başqa)
digər
aktivlərin, əmtəələrin satışından daxilolmalar;
6. Təşkilatın pul vəsaitlərini istifadəyə verməyə görə aldığı faiz və habelə
təşkilatın bankdakı hesabında olan vəsaitdən bankın istifadəsinə görə faizləri;
7. Müqavilənin şərtlərinin pozulmasına görə cərimə, penya və dəbbə pulu;
8. Əvəzsiz alınmış aktivlər, o cümlədən bağışlama müqaviləsi üzrə;
9. Təşkilata dəymiş zərərin ödənilməsindən daxilolmalar;
10. Hesabat ilində aşkar edilmiş keçmiş illərin mənfəəti;
11. Iddia müddəti keçmiş kredit və debitor borclarının məbləği;
12. Məzənnə fərqləri;
13. Aktivlərin qiymətləndirilməsi məbləği (dövriyyədənkənar aktivlərdən başqa);
14. Sair reallaşdırılmamış gəlirlər.
Fövqəladə gəlirlən təsərrüfat fəaliyyətinin fövqəladə şəraitin (təbii fəlakət,
yanğın, qəza və s.) nəticəsi kimi əmələ gələn daxilolmalar, sığorta ödənişləri və habelə
bərpa edilməyə və gələcəkdə istifadə edilməyə yaramayan
aktivlərin silinməsindən
qalmış maddi qiymətlərin dəyəri hesab edilir.
Kommersiya təşkilatlarının xərcləri aktivlərin (pul vəsaitləri, digər əmlaklar)
sıradan çıxması nəticəsində iqtisadi faydanın azalması deməkdir. Kommersiya
təşkilatlarının
xərcləri xarakterindən, həyata keçirilməsi şəraiti və fəaliyyət
istiqamətindən asılı olaraq iki yerə ayrılır:
1. Adi fəaliyyət növləri üzrə xərclər;
2. Sair xərclər (əməliyyat, satışdankənar və fövqəladə xərclər).
Adi fəaliyyət növü üzrə xərclərə məhsulun hazırlanması və satışı ilə əlaqədar
əmtəələrin alınması və satışı, işin yerinə yetirilməsi və
xidmətin göstərilməsi ilə
əlaqədar xərclər aiddir.
Kommersiya təşkilatlarının adi fəaliyyət növü üzrə xərclərinə daxildir:
1. Xammal, materiallar, əmtəələr və digər material-istehsal ehtiyatların alınması
ilə bağlı xərclər;
Dostları ilə paylaş: