Mühazirə müəllimi: Dos. H. H. Həsənov



Yüklə 2,21 Mb.
Pdf görüntüsü
səhifə141/157
tarix10.12.2023
ölçüsü2,21 Mb.
#139539
növüMühazirə
1   ...   137   138   139   140   141   142   143   144   ...   157
Maliyyə Və Kredit

KitabYurdu.az 
182


– hesablaşmalar sisteminin təkmilləşdirilməsi, hazır məhsulların satışının 
səmərəli təşkili. 
Müəssisələrin maliyyəsinin təşkilinin mühüm istiqamətlərindən biri kapital 
qoyuluşunun maliyyələşdirilməsi və kreditləşdirilməsidir. Müəssisələrin maddi-texniki 
bazası istehsal vasitələrinin məcmuunu əhatə edir. Onun möhkəmləndirilməsi istehsalın
inkişafının zəruri şərtidir. Kapital qoyuluşu yeni əsas fondların yaradılması, mövcud 
fondların genişləndirilməsi, yenidən qurulması və texniki cəhətdən silahlandırılması ilə 
əlaqədar xərclərdir. Kapital qoyuluşunun əsas istehsal fondlarının müxtəlif formalarını 
ifadə edən aşağıdakı istiqamətləri mövcuddur: yeni tikintilər, fəaliyyətdə olan 
müəssisələrin genişləndirilməsi, yenidən qurulması və texniki silahlandırlması və s.
Texniki silahlandırma köhnəlmiş maşın və avadanlıqların dəyişdirilməsi yolu ilə 
istehsalın ayrı-ayrı sahələrində texniki səviyyənin yüksəldilməsinə yönəldilən tədbirlər 
sistemidir. Yenidən qurulma yeni texniki baza əsasında istehsalın tam, yaxud qismən 
yenidən qurulmasıdır.
Kapital qoyuluşuna daxildir: tikinti smetasına daxil edilməyən maşın, avadanlıq 
və inventarların satın alınması, tikinti-quraşdırma işləri və tikinti smetasına daxil edilən 
avadanlıqların satın alanması, aqrar bölmədə məhsuldar heyvanların əsas sürüsünün 
təşkili, sair əsaslı xərclər. 
Kapital qoyuluşu aşağıdakı mənbələrdən maliyyələşdirilir: xüsusi vəsaitlər, borc 
vəsaitləri, büdcə vəsaiti. Kapital qoyuluşu investorların vəsaiti hesabına da həyata 
keçirilə 
bilər. Mərkəzləşdirilmiş kapital qoyuluşu büdcə vəsaiti hesabına 
maliyyələşdirilir. Qeyri-mərkəzləşdirilən kapital qoyuluşu xüsusi vəsaitlər, bank 
kreditləri və investorların vəsaiti hesabına maliyyələşdirilir. Müqavilə bağlayan tərəflər 
vəsaitlərin bankdakı hesaba keçirilməsi qaydasını yerinə yetirilən işlərə görə 
kreditləşdirmə və hesablaşmaların aparılması qaydaların podrat işlərin yerinə 
yetirilməsi, avadanlıqların, material qiymətlilərin və digər vəsaitlərin göndərilməsi 
qaydalarını müəyyən edirlər. Əsaslı tikinti işlərinin maliyyələşdirilməsi və 
kreditləşdirilməsində aşağıdakı sənədlər tərtib edilir: əsaslı tikintinin titul siyahısı - 

Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin