Mühazirə müəllimi: Dos. H. H. Həsənov



Yüklə 2,21 Mb.
Pdf görüntüsü
səhifə145/157
tarix10.12.2023
ölçüsü2,21 Mb.
#139539
növüMühazirə
1   ...   141   142   143   144   145   146   147   148   ...   157
Maliyyə Və Kredit

KitabYurdu.az 
188


müəssisələrə xas olan ümumi xüsusiyyətlərə malikdir. Xidmətedici müəssisələrin 
maliyyələşdirilməsi və kreditləşdirilməsi xalq təsərrüfatı sahələrində olduğu qaydada 
həyata keçirilir. 
Xidmətedici müəssisələrin başqa müəssisə və təşkilatlarla, həmçinin şəxslərdə 
münasibətləri fəaliyyətin bütün sferalarında müqavilə əsasında qurulur.
Tərəflərin vəzifələri və öhdəlikləri, yerinə yetiriləcək ilin həcmi, hesablaşmanın 
formaları müqavilədə müəyyən edilir.
Texniki təmir işlərinin yerinə yetirilməsi üçün sifarişçi müəssisə təmir təşkilatına 
müraciət edir. Tərəflər razılaşdıqdan sonra müqavilə bağlanır. Müqavilədə həm də təmir 
obyektləri, işin yerinə yetirilməsinin vaxtı göstərilir. Təmir xərcləri smeta-maliyyə 
hesablamasında müəyyən edilir. Orada təmir xərclərinin növləri və təmirin smeta dəyəri 
hesablanır. Smeta-maliyyə haqq-hesabı tərtib ediləndə xərclərin növləri üzrə xərc 
norması göstərici və təmirin həcmindən istifadə edilir. Təmir işləri yerinə yetirildikdən 
sonra sifarişçiyə təhvil verilir. Hesablaşma müqavilə şərtlərinə uyğun olaraq yerinə 
yetirilən iş mərhələləri üzrə, yaxud işlər tam yerinə yetirildikdən sonra aparıla bilər.
Işlərin yerinə yetirilməsi, xidmətlərin göstərilməsi və hazırlanmış məmulatların 
satışından daxil olan pul vəsaitləri istehsal fəaliyyətindən mənfəəti təşkil edir.
Texniki təmir təşkilatının xərcləri təmir emalatxanasının xərcləri, avtomobillər, 
traktorlar və avadanlıqlara və avtomobil nəqliyyatı təsərrüfatına texniki xidmət 
xərclərindən digər istehsalat bölmələrinin xərclərindən ibarətdir. 
Işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi, məmulatların hazırlanması 
üzrə müstəqim (düzünə) xərclər bilavasitə maya dəyərinə daxil edilir. Qeyri-müstəqim 
xərclər (dolayı) (ümumistehsalat və ümumtəsərrüfat xərcləri) istehsalat işçilərinin əmək 
haqqına mütənasib olaraq bölüşdürülür.
Ümumi (balans) mənfəəti fəaliyyətin bütün sahələrindən əldə edilən pul 
gəlirlərindən fəaliyyətin bütün sahələri üzrə xərcləri çıxmaqla hesablanır. Mənfəət 
fəaliyyətin iqtisadi səmərəliliyini xarakterizə edən göstəricidir.

Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   141   142   143   144   145   146   147   148   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin