Banknot bankın borc öhdəliyidir. Banknotun vekseldən iki başlıca fərqi
aşağıdakılardır:
Əvvəla müddətinə görə, belə ki, veksel müddətli borc öhdəliyi olduğu halda,
banknot müddətsiz borc öhdəliyidir.
Ikincisi, təminatına görə belə ki, veksel tədavülə ayrı – ayrı hüquqi və fiziki
şəxslər tərəfindən buraxılıb, indi vidual zəmanətə malik olduğu halda, banknotlar
tədavülə ölkənin Mərkəzi Bankı tərəfindən buraxılıb dövlət zəmanətinə malik olurlar.
Banknotlar (bank biletləri ) pul nişanı növü olub, mərkəzi bank tərəfindən
tədavülə buraxılan qanuni ödəmə vasitəsidir.
Banknotlar qəti müəyyən edilmiş şəkildə buraxılır: ABŞ – da 1, 5, 10, 20, 50, 100
dollarlıq banknotlar; İngiltərədə 1, 10, 20, 50; Rusiyada 5, 10, 50, 500 və 1000 rublluq
banknotlar; Azərbaycanda 250, 500, 1000, 10.000, 50.000 manatlıq banknotlar tədavül
edilir. Azərbaycan Respublika pul nişanlarının nominal dəyərinin və qiymətlər
miqyasının dəyişdirilməsi (denominasiya ) haqqında Azərbaycan Respublikası
Prezidentinin 7 fevral 2005–ci il yanvar ayının 1–dən etibarən yeni pul nişanları
dövriyyəyə buraxılmışdır. Denominasiya tədbirlərin həyata keçirilməsi əskinaslarla
bərabər tədavülə sikkələrin də buraxılmasını zəruri etdi. Denominasiyadan sonra 2006–
cı ildən tədavülə 6 nominalda əskinas ( 1, 5, 10, 20,50 və 100 manat ); 6 nominalda
sikkə ( 1, 3, 5, 10, 20, 50 qəpik) buraxılmışdır. Bu proseslər, yəni manatın yeni nominal
strukturu nağd ödəmələri maksimum sadələşdirmiş oldu.
2002–ci il yanvar ayının 1-dən tədavülə 10, 20, 50, 100, 200, 500 avroluq vahid
avropa valyutası buraxılmışdır.
Xəzinə biletləri Dövlət xəzinədarlığı, Maliyyə Nazirliyi və Xüsusi dövlət
orqanları tərəfindən, əsasən büdcə kəsirini örtmək məqsədi ilə buraxılan kağız
pullardır. Xəzinə biletləri banknotlardan fərqli olaraq heç vaxt qiymətli materiallarla
təmin olunmurdu. Həmçinin bu pullar qızıla dəyişdirilə bilməzlər.
Qızıl standartlarının ləğvindən sonra xəzinə biletləri və banknotların arasındakı
fərq praktiki olaraq silindi.
Dostları ilə paylaş: