Mühazirə müəllimi: Dos. H. H. Həsənov



Yüklə 2,21 Mb.
Pdf görüntüsü
səhifə156/157
tarix10.12.2023
ölçüsü2,21 Mb.
#139539
növüMühazirə
1   ...   149   150   151   152   153   154   155   156   157
Maliyyə Və Kredit

KitabYurdu.az 
205


3. Bitməmiş istehsal üzrə normativ keçən ildə orta illik qalığın həmin dövrdəki
xərclərə nisbəti kimi müəyyən edilir, norma ilə hesablanır, hazır məhsullar üzrə xüsusi 
dövriyyə vəsaitinin normativi də həmin qaydada hesablanır. 
4. Neft məhsulları üzrə norma keçən ildə minimum ehtiyatın keçən ildəki 
məsarifə nisbəti kimi müəyyən edilir. Planlaşdırılan ildə məsarif və normadan istifadə 
etməklə normativ hesablanır. 
5. Gələcək dövrlərin xərcləri üzrə xüsusi dövriyyə vəsaitinin normativi – 
planlaşdırılan əvvəlinə bu xərclərin qalığına gələcək dövrlərin planlaşdırılan xərcləri 
əlavə edilir və planlaşdırılan ildə maya dəyərinə daxil edilən xərclər çıxılmaqla 
müəyyən edilir. 
6. «Yanacaq», «Sair material qiymətliləri», «Tara», «Azqiymətli və tez köhnələn 
əşyalar» üzrə xüsusi dövriyyə vəsaitinin normativi bu materialların qalığının istehsal 
xərclərinin məbləğinə nisbəti kimi müəyyən edilən normalarına əsasən müəyyən edilir. 
Fərdi normativlərin cəmlənməsi yolu ilə planlaşdırılan ilin axırına icmal 
normativ müəyyən edilir. Icmal normativ ilin əvvəlinə olan göstərici ilə müqayisə 
edilməklə artım müəyyən edilir. Xüsusi dövriyyə vəsaiti normativinin artımının 
maliyyələşdirilməsi üçün mənfəət və digər xüsusi vəsaitlərdən başqa möhkəm 
passivlərin artımından da istifadə edilir.
KitabYurdu.az 
206


ƏSAS FƏALIYYƏTIN QISAMÜDDƏTLI KREDITLƏŞDIRILMƏSI 
Xidmətedici müəssisələr xüsusi vəsait çatışmadıqda bank kreditlərindən istifadə 
edirlər. Əgər onlar ancaq istehsal funksiyalarını yerinə yetirirlərsə əmtəə-material 
qiymətlilərin və xərclərin normadan artıq ehtiyatına borc vəsaiti (kredit) alırlar. Kredit 
müqaviləyə əsasən müəyyən edilən qədər verilir. Kredit alınması üçün tələb olunan 
sənədlər banka təqdim olunmalıdır. Belə ki, kredit alınması üçün aşağıdakı sənədlər
banka verilməlidir: xüsusi formada ərizə, kredit müqaviləsi, girov müqaviləsi, girov 
əmlakının qiymətləndirilməsi aktı, girov əmlakının sığortalanmasına dair şəhadətnamə.
Kreditləşmədə əsas sənəd kredit müqaviləsidir. Kredit müqaviləsində bankın və 
kredit alanın kreditləşdirmənin prinsiplərinə əməl edilməsi üzrə qarşılıqlı öhdəliklərini 
və iqtisadi məsuliyyətini müəyyən edilir. Kredit müqaviləsi bir il müddətinə, yaxud 
daha qısa müddətə bağlana bilər. 
Kredit müqaviləsində kreditin obyektləri, kreditin məbləği, kreditin verilməsi və 
ödənilməsinin şərtləri, kreditlərin istifadəyə görə faiz dərəcəsi, xüsusi dövriyyə 
vəsaitlərinin həcmi, kreditləşdirmə üçün zəruri olan sənədlərin siyahısı, onların banka 
təqdim edilməsi vaxtı və s. göstərilir.
Kredit müqaviləsində aşağıdakı bölmələr vardır: bankın və borc alanın vəzifələri; 
bankın və borcalanın hüquqları. 

Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   149   150   151   152   153   154   155   156   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin