Növbəti kredit vasitəsi çeklərdir. Çeklərin ortaya çıxması veksel və
banknotlardan sonrakı dövrə, daha dəqiq desək kommersiya banklarının yaranması və
pul vasitələrinin cari hesablarda cəmləşməsi dövrünə təsadüf edir.
Çek - hesab sahibini kredit təşkilatına, çek saxlayana
üzərində göstərilən
məbləği ödəməsi barədə verdiyi əmri özündə tərənnüm edən,
müəyyən olunmuş
formada pul sənədidir. Başqa sözlə desək çek faktiki olaraq ötürücü vekselin,
hesab
sahibinin kommersiya bankına yazdığı bir növü kimi ortaya çıxır.
Çeklərin aşağıdakı növləri vardır:
– Adlı çeklər – bu çekin üzərində ad yazılır və bu çek digər şəxslərə verilə
bilməz. Adsız çeklərin isə əksinə üzərində ad göstərilmir.
– Orderli çeklər – müəyyən bir şəxsin xeyrinə
və yaxud onun əmrinə əsasən
yazılır və çek sahibi çeki veksel indossomentinə oxşar yolla başqa birinə verə bilər.
Hesablaşma çeklər - nağdsız hesablaşma sferasında fəaliyyət göstərən çeklərdir.
Aksept olunmuş çeklər – üzrə bank müştəriləri cari hesablarında olan depozit
hüdudunda olan çekləri akseptləştirə bilər. Yəni bu çeklərin üzərində göstərilən məbləğ
bank tərəfində onun depozitində bu məbləğ olmasa belə, müştəriyə ödənilən çeklərdir.
Bank təşkilatı sisteminin inkişaf etdi şəraitdə
çeklər daxili dövriyyədə və
beynəlxalq hesablaşmalarda universal ödəmə vasitəsi kimi geniş tətbiq edilir.
Daxili dövriyyədə çeklər:
– Banklardan nağd pulların alınması məqsədilə (adlı çeklər);
– Mal və xidmətlərə görə hesablaşmalar üçün (orderli və adsız çeklər);
– Nağdsız hesablaşmaları ifadə edən alət kimi (hesablaşma və aksept olunmuş
çeklər).
Elektron pullar real pulların modelləşmiş formasıdır. Emissiya təşkilatmları
emitent onların müxtəlif sistemlərdə müxtəlif cür adlandırılan, elektron analoqlarını
buraxırlar. Sonra bu pullar istifadəçilər tərəfindən alınır və onlar bu pulların köməyilə
alış-veriş etmiş olurlar. Bu zaman satıcı emitentlə hesablaşmalar
apararaq öz borcunu
geri alır.
Dostları ilə paylaş: