Mühazirə müəllimi: Dos. H. H. Həsənov



Yüklə 2,21 Mb.
Pdf görüntüsü
səhifə19/157
tarix10.12.2023
ölçüsü2,21 Mb.
#139539
növüMühazirə
1   ...   15   16   17   18   19   20   21   22   ...   157
Maliyyə Və Kredit

KitabYurdu.az 
20


Pul kütləsinin yerdə qalan komponentləri inkişaf mərhələsindədir. Onların 
əhəmiyyətliliyi ölkəmizin iqtisadiyyatında bazar mexanizminin inkişafı və 
möhkəmlənməsi ilə artacaqdır.
Müasir bazar iqtisadiyyatında pul keyfiyyətcə məzmun kəsb edir və onun rolu 
əhəmiyyətli dərəcədə artır. Pul yeni təsərrüfatçılıq fəaliyyəti üçün xarakterik olan ilkin 
şəraitin yaranmasında müxtəlif təsərrüfat həlqələrinin istehsalın inkişafındakı marağını, 
iqtisadi proseslərdə təşəbbüskarlıq göstərmək imkanlarının artmasında müstəsna rol 
oynayır. Müasir cəmiyyətdə pulun keyfiyyətcə yeni rolu ondadır ki, o, kapitala və ya öz 
– özünə artan dəyərə çevrilir. Pul fərdi kapitalın təkrar istehsalında, onun sayəsində pul 
kapitalına çevrilir, o, sənaye kapitalının dövranında fəaliyyət göstərir, həmin dövranın 
çıxış nöqtəsi və nəticəsidir. 
Kapitalın dövranına xidmət edən pulun müasir iqtisadiyyatda rolu onun 
funksiyaları vasitəsi ilə təzahür edir. Belə ki, təsərrüfat subyektlərində istehsal olunan 
əmtəələrin dəyəri pulla ifadə olunur. Burada pul həm dəyər ölçüsü vasitəsidir və həm də 
pul kapitalı xidmətini göstərir. Məhsulun alqı və satqısı vaxtı pul həm də tədavül 
vasitəsi, həm də kapital kimi çıxış edir. Əgər məhsul kreditə (möhlətə) satılarsa və 
müəyyən müddət keçdikdən sonra borc öhdəliyi pulla ödənilərsə, onda o, həm 
kapitaldır, həm də tədiyə vasitəsidir. Istehsal vasitələrinin satın alınması və istehsalın 
həcminin genişləndirilməsi məqsədi ilə pul yığını yaradılarsa, bu vaxt pul həm dəfinə, 
həm də kapital kimi çıxış edir. Nəhayət, əgər müəssisə xarici ölkələrdə törəmə şirkətlər 
açırsa, bu halda pul necə dünya pulu və eləcə də kapital kimi fəaliyyət göstərir. Müasir 
təsərrüfatçılıq şəraitində pulun köməkliyi ilə mühüm iqtisadi göstəricilərdən biri olan 
tədiyə qabiliyyətliliyinə qiymət verilir. Həmin göstərici nəzərə alınmaqla istehsal 
olunan məhsulun həcmi və çeşidi formalaşır. Məhsulun qiymət səviyyəsindən və onun 
istehsalına çəkilən xərclərdən irəli gələrək təsərrüfat fəaliyyətinin istiqamətlərinin 
faydalılıq səviyyəsi müəyyən edilir. 
Pul müasir iqtisadiyyatda, təsərrüfat subyektlərinin fəaliyyətinin yaxşılaşmasına, 
məhsul istehsalının həcminin artırılmasına, onun çeşidlərinin yaxşılaşdırılmasına və 

Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin