Mühazirə müəllimi: Dos. H. H. Həsənov



Yüklə 2,21 Mb.
Pdf görüntüsü
səhifə2/157
tarix10.12.2023
ölçüsü2,21 Mb.
#139539
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   157
Maliyyə Və Kredit

KitabYurdu.az 
2


başqaları) ayrılır, yerli bazarlarda başlıca mübadilə əşayları rolu oynayır, digər bütün 
əmtəələr onlara mübadilə edilirlər. Ümumi dəyər formasının xüsusiyyəti ondan ibarət 
idi ki, ümumi ekvivalent rolu müəyyən bir əmtəəyə şamil edilməmiş və ayrı-ayrı 
vaxtlarda bu rolu bir-birini əvəz edərək müxtəlif əmtəələr oynamışdır.
Mübadilənin uzun müddət (neçə min il davam edən) inkişafı nəticəsində bütün 
əmtəələr kütləsindən bir əmtəə ayrılır və ümumi ekvivalent, yəni dəyərin ümumi 
ifadəçisi rolunu oynamağa başlayır. Bu əmtəə puldur, hansı ki, dəyərin pul formasının 
meydana gəlməsini müəyyən etdi.
Ilk pul maldarlıqla məşğul olan tayfalarda meydana gəlmişdir. Çobançılıq 
tayfalarının ayrılması ev mal-qarasını mübadilə alətinə çevirdi. Mal-qara ilə pul 
funksiyalarının qovuşması xalqların tarixində dərin iz buraxmışdır. Qədim zamanlarda 
«öküz» adını metaldan hazırlanan pul daşıyırdı. Hələ vaxtilə latın sözü «pekuniya» 
(pul), «pekus» (mal-qara) sözündən əmələ gəlmişdir.
Ikinci böyük ictimai əmək bölgüsü – sənətkarlığın əkinçilikdən ayrılıb müstəqil 
sahəyə çevrilməsi mübadiləsinin inkişafında yeni pillə oldu və ümumi ekvivalentin 
təkmilləşməsinə gətirib çıxartdı. Pul şəklində müxtəlif metallar əvvəlcə mis, tunc, 
qurğuşun və sairə, mübadilənin daha da inkişafı və dünya bazarının yaranması ilə nəcib 
metallar – gümüş, başlıca olaraq qızıl çıxış etmişdir. Nəcib metallar ümumi ekvivalent 
rolunu oynamaq üçün daha mühüm olan keyfiyyətlərə malikdirlər. Digər metallardan 
fərqli olaraq qızıl və gümüş öz təbiətinə görə yekcinsdir, dəyərini itirmədən bölünə 
bilir, azacıq çəkisi və həcmində belə yüksək dəyərliliyə malikdir. Xarici mühitin təsirinə 
davamlıdır. Qızıl və gümüş saxlanıldıqda xarab olmur, yəni korroziyaya məruz 
qalmırlar ki, bu da onları pul şəklində çıxış etməyə və ona xas olan funksiyaları yerinə 
yetirmək üçün ən çox yararlı edir. Buna görə də həmin nəcib metallar pul rolunu həyata 
keçirən bütün digər əmtəələri tədricən aradan çıxarırlar. Bu vaxtdan etibarən bütün 
əmtəələr kütləsi iki qütbə ayrılmışdır. Bu qütblərin birində ümumi ekvivalent rolunu 
oynayan xüsusi əmtəə-pul, digərində isə çox böyük miqdarda bütün başqa əmtəələr 
durur.

Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin