Mühazirə müəllimi: Dos. H. H. Həsənov



Yüklə 2,21 Mb.
Pdf görüntüsü
səhifə21/157
tarix10.12.2023
ölçüsü2,21 Mb.
#139539
növüMühazirə
1   ...   17   18   19   20   21   22   23   24   ...   157
Maliyyə Və Kredit

pul tədavülü 
adlanır. Pul tədavülü iki yerə: nağd və nağdsız pul 
tədavülünə ayrılır. 
Nağdsız pul tədavülü
 
- dəyərin elə hərəkətidir ki, bu zaman nağd 
pullardan deyil, çeklər, veksellər, kredit kartları və başqa kredit sənədlərindən istifadə 
edilir. 
Nağd pul tədavülü
-
pulların tədavül və tədiyə funksiyasını yerinə yetirdiyi 
zaman nağd formada hərəkətidir. Hər iki dövriyyə arasında qarşılıqlı əlaqə mövcuddur. 
Bclə ki, pullar daim tədavülün bir sferasından digərinə keçməklə hərəkətdə olurlar. 
Yəni, nağd pullar kredit təşkilatlarında hesaba keçirilməklə nağdsız pullara, əksinə 
nağdsız pullar bankın kassalarından müştəriyə nağd şəkildə verilməklə nağd pullara 
çevrilirlər.
Pul dövranı
 
anlayışı altında isə müəyyən vaxt ərzində nağd və nağdsız 
formada bütün ödəmələrin məcmusu başa düşülür. Pul dövranı ümumi daxili 
məhsulun (ÜDM) və Milli gəlirin yaranması, bölgü və yenidən bölgüsü proseslərini 
özündə cəmləşdirir. 
Regional təşkil olunmuş pul dövranı bu göstəricilərin artım tempinə uyğun gəlir. 
Əgər pul dövranın artım tempi ÜDM və Milli gəlirin artım tempini üstələyirsə, demək 
2.1. PUL TƏDAVÜLÜ, ONUN TƏŞKİLİ VƏ 
QURULUŞU 
KitabYurdu.az 
23


ölkədə inflyasiya prosesi baş verir.
Pul dövranı strukturunda nağdsız, ödəmə və nağd pul dövranı bir-birindən 
fərqlənir. 
Ödəmə dövranına
 - 
nağdsız ödəmələr və əmək haqqlarının verilməsi ilə bağlı 
müəyyən qədər nağd pul ödəmələri də aiddir. 
Nağdsız dövrana
-
təsərrüfat 
subyektlərinin qarşılıqlı ödəmələri və s. yolla aparılan nağdsız hesablaşmalardan 
istifadə etməklə məcmu pul dövranının bir hissəsini təşkil edir. İqtisadi cəhətdən inkişaf 
etmiş və normal fəaliyyət göstərən bank sisteminin təşkil olunduğu dövlətlərdə nağdsız 
dövran məcmu pul dövranının 90%-nə qədərini təşkil edir. 

Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin