Mühazirə müəllimi: Dos. H. H. Həsənov



Yüklə 2,21 Mb.
Pdf görüntüsü
səhifə24/157
tarix10.12.2023
ölçüsü2,21 Mb.
#139539
növüMühazirə
1   ...   20   21   22   23   24   25   26   27   ...   157
Maliyyə Və Kredit

MƏRKƏZİ 
BANK
 
KitabYurdu.az 
27


Mərkəzi bank özünün analoji fəaliyyəti çərçivəsində kommersiya banklarının 
kassa dövriyyələrinin proqnozlarından istifadə etməklə pul emissiyasının ölçüsünü 
müəyyən etmiş olur. Həmçinin onu da qeyd etmək lazımdır ki, bu zaman emissiyanın 
optimal həcmi ilə yanaşı, onun reqionlar arasında düzgün paylaşdırılması da vacib 
şərtlərdəndir.
Nağd pul emissiyası üçün ərazilər üzrə mərkəzi bankın bas idarələrinin 
hesablaşma-kassa mərkəzlərində 
(HKM) 
ehtiyyat fondları 
və 
dövriyyə kassaları 
yaradılır.
Ehtiyyat fondlarında 
tədavülə buraxılmaq üçün nəzərdə tutulan, lakin hələ 
mahiyyət etibarilə pul hesab edilməyən (pul tədavülü prosesində iştirak etmədiyi üçün) 
pul nişanları saxlanılır.
Hesablaşma kassa mərkəzinin 
dövriyyə kassalarında pullar daim hərəkətdə 
olurlar. Belə ki, kommersiya bankları nağd pul qalıqlarını bura təhvil verir və yaxud da 
lazım olduqda oradan nağd pullar alırlar.
Beləliklə hesablarına-kassa mərkəzlərinin dövriyyə kassalarındakı pullar daim 
hərəkətdə olur və tədavüldə olan pullar hesab olunur.
Əgər HKM dövriyyə kassalarına nağd pul qəbulu ondan çıxan pullardan çox 
olarsa, bu zaman əmələ gələn fərq tədavüldən çıxarılır və ehtiyyat fonduna keçir. 
Burada bu pullar müvəqqəti olaraq pul olma xassəsini itirirlər.
Əksinə əgər, HKM-nin dövriyyə kassalarından çıxan pullar kassaya daxil olan puldan 
çox olarsa, ehtiyyat fondundan 
dövriyyə kassalarına 
əlavə pul keçir ki, bununla da bir 
növ 
pul emissiyası 
baş vermiş olur.
Lakin onu da nəzərə almaq lazımdır ki, bir HKM-nin digər HKM ilə emissiya 
yerinə yetirməsi zamanı bir kassaya əlavə daxilolmalar, digər kassadan çıxan artıq 
pullarla ört-bastır oluna bilər. Buna görə də tədavüldə nağd pulların ümumi həcmi 
dəyişməyə də bilər, bununla da emissiya baş verməyə də bilər.
Müəyyən bir gündə pul emissiyasının baş verib-verməməsi haqda məlumat yalnız 
hər bir ölkənin mərkəzi bankının direktorlar şurası tərəfində müəyyən edilir. Belə ki, 

Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin