Mühazirə müəllimi: Dos. H. H. Həsənov



Yüklə 2,21 Mb.
Pdf görüntüsü
səhifə26/157
tarix10.12.2023
ölçüsü2,21 Mb.
#139539
növüMühazirə
1   ...   22   23   24   25   26   27   28   29   ...   157
Maliyyə Və Kredit

KitabYurdu.az 
29


məcmusu kimi başa düşülür:
- tədavül vasitəsi kimi lazım olan pulun miqdarı ilə realizə olunan mal və 
xidmətlərin qiymət məbləği arasındakı birbaşa asılılıq;
- tədavül vasitəsi kimi lazım olan pulun miqdan ilə pulun dövretmə sürəti 
arasındakı tərsinə asılılıq.
Bütün bunları aşağıdakı formulla göstərmək olar:
K = S/C (1) 
Burada: K - tədavül vasitəsi kimi lazım olan pulun miqdarı;
S - realizə olunan mal və xidmətlərin qiymət məbləği;
C - tədavül vasitəsi kimi pulun dövrlərinin orta sayı (pulun dövretmə sürəti).
Pulun tədiyə funksiyasının ortaya çıxması ilə əlaqədar olaraq bu düstur bir qədər 
qəlizləşdi və pulun tədavüldəki miqdarını muəyyən edən qanun aşağıdakı kimi 
formalaşmış oldu:
K = (Sl-S2+S3-P) 

C
(2)
Burada: S1 - mal və xidmətlərin qiymət məbləği; 
S2 - kreditə satılmış malların qiymət məbləği;
S3 - öhdəliklər üzrə ödəmələrin məbləği;
P - qarşılıqlı ödəmələr.
Beləliklə, görürük ki, tədavül üçün lazım olan pulun miqdarına bir sıra 
faktorldar təsir edir:
- istehsal şərtlərindən asılı olan və tədavüldə olan malların miqdarına təsir edən 
faktorlar;
- mal və xidmətlərin qiymət səviyyəsini müəyyən edən faktorlar;
- pulun dövretmə sürətinə təsir edən faktorlar;
- kreditin inkişaf səviyyəsinə təsir edən faktorlar;
- nağdsız hesablama sisteminin inkişafına təsir edən faktorlar.
Pulun dövretmə sürəti (pulun tedavül sürəti) 
pulun tədavül və tədiyə 
KitabYurdu.az 
30


funksiyasını yerinə yetirdiyi zaman pul hərəkətinin intensivliyinin göstəricisi olub, il 
ərzində, hər bir dövrü gəlirlərin xərclərinə xidmət edən, pul kütləsinin dövrlərinin 
sayını göstərir. Bununla da P.Samuelsonun hesab etdiyi kimi, pulun il dövretmə 
sürəti gəlirlərin dövretmə sürətini göstərir.
Qərb ölkələrinin əksəriyyətində pulun dövretmə sürəti iki göstərici ilə 
müəyyənləşir:
 
1.Gəlirlərin dövriyyəsində dövretmə sürətinin göstəricisi: 
 
 
 
2.
 
Tədiyə dövranında pulun dövriyyəliyinin göstəricisi: 
 
Aydındır ki, metal pul tədavülü dövründə pulun dəfinə funksıyası vasitəsilə 
tədavüldə pulun miqdarı avtomatik olaraq tənzimlənirdi. Yəni, əgər pula tələbat 
azalırdısa, artıq pullar dəfinəyə yığılırdı. Əksinə, əgər pula tələbat artırdısa, o zaman 
dəfinədən tədavülə əlavə pul buraxılırdı. Elə buna görə də tədavüldə pulun miqdarı 
həmişə lazımi səviyyəsini saxlaya bilirdi.
Həmçinin onu da qeyd etmək lazımdır ki, əgər tədavüldə qızıla xırdalanmaya 
bankotlar və ya kağız pullar dövr edərsə və buraxılan bu pulların miqdarı tədavül üçün 
lazım olan qızıl pulların miqdarına bərabər olarsa, bu zaman da heç bir problem 
çıxmaz. Belə ki, kağız pullar bu zaman ideal şəkildə qızıl pulları əvəz etmiş olar.
Lakin problem o zaman qalxır ki, heç bir şeylə məhdudlanmayan kağız pul 
emissiyası pul tədavülü qanununu pozmuş olur, tədavül kanalları artıq pullarla dolur ki, 
bu da son nəticədə ölkədə inflyasiyanın yaranmasına səbəb olur.
Əlbəttə ki, pulun dövretmə sürətinin dəyişməsi həm ümumi iqtisadi amillərdən
həm də monetar amillərdən asılıdır.
ЦММ (цмуми милли мящсул) / М1 вя йа М2 
Банкын жари щесаблары цзря кючцрцлян вясаитлярин мябляьи /
Пул кцтлясинин орта щяжми 

Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin