Mühazirə müəllimi: Dos. H. H. Həsənov



Yüklə 2,21 Mb.
Pdf görüntüsü
səhifə27/157
tarix10.12.2023
ölçüsü2,21 Mb.
#139539
növüMühazirə
1   ...   23   24   25   26   27   28   29   30   ...   157
Maliyyə Və Kredit

KitabYurdu.az 
31


Pulun dövretmə sürətinin aşağı salınması prosesi ölkənin pul-kredit siyasəti 
baxımından əldə etdiyi nailiyyətlərdən hesab olunur. Bu prosesə bank sektorunun 
vəziyyətinin yaxşılaşdırılması, müəssisə və əhalinin gəlir səviyyəsi və s. təkan verə 
bilər. Lakin bank sisteminin likvidlik səviyyəsi bir o qədər də qənaətbəxş olmadıqda 
bununla əlaqədar əhalidə banka etibar azalır. Əhalinin gəlir səviyyəsi şəxsi əmanətlərin 
əhəmiyyətli həcmdə olması üçün nəzərdə tutulan səviyyədə olmadıqda da banka 
müraciət azalmış olur. Buna görə də iqtisadi agentIər ölkədə inflyasiya prosesinin 
yenidən yüksəlməsinə və başqa pozitiv iqtisadi proseslərin dönməzliyi haqda 
arxayınlıqla proqnoz verə bilmirlər. Bu şübhələrin aradan qaldırılması üçün Milli Bank 
hakimiyyət və ölkənin qanunverici orqanları ilə birgə pul kütləsinin yaxşılaşması hər 
cür riskin azaldılması məqsədi ilə çox böyük işlər görməlidir.
2.3. MÜASiR PUL EMiSSiYASININ KREDiT XARAKTERi
Bazar münasibətlərində pullar daima tədavüldə fəaliyyət göstərir. Yeni pullar 
tədavülə banklardan daxil olur ki, banklar da bu pulları kredit əməliyyatları vasitəsilə 
yaradırlar. Məhz bu səbəbdən də pul emissiyasının kredit xarakteri istənilən dövlətin 
pul sisteminin təşkilinin ən başlıca prinsipi hesab olunur.
«Pul emissiyası» 
və 
«pulun tədavülə buraxılması» 
anlayışları bir-birindən 
fərqlidir. Belə ki, pulun tədavülə buraxılması nəticəsində onların dövriyyədəki ümumi 
miqdarı praktiki olaraq artmır. Bu isə onunla bağlıdır ki, nağdsız pullar tədavülə kom-
mersiya banklarının öz müştərilərinə kredit verdiyi zaman buraxılır. Nağd pullar isə 
tədavülə kommersiya banklarının kassa əməliyyatları, yəni onların müştərilərinə öz 
əməliyyat kassalarından nağd pul verdiyi zaman baş verir. Lakin burada həmçinin 
əksinə proses, nağd pulların bankın kassalarına təhvil verilməsi və əvvəlcə verilmiş 
borcların nağdsız qaydada ödənilməsi prosesi də baş verir. Bundan başqa nəzərə almaq 
lazımdır ki, kommersiya bankları «ikinci pullara», daha dəqiq desək, artıq ölkənin 
mərkəzi bankı tərəfindən buraxılan pullara istinad edir. Bununla da demək olar ki
tədavüldə pulun miqdarı dəyişmir.

Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin