Bank
multiplikatoru
multiplikasiya
prosesini
onun
subyektlərinin
mövqeyindən tərənnüm edir. Buraya pulu multiplikasiyalaşdıran
- kommersiya
bankları və qeyri-bank təşkilatları aiddir.
Kredit multiplikatoru
bu prosesin hərəkətverici qüvvəsini açıqlayır. Yəni
multiplikasiyanın yalnız bazar münasibətlərinin kreditləşməsi zamanı baş verə bilməsi
faktını açıqlayır.
Kredit multiplikatoru dedikdə kommersiya banklarının
kreditlərinin mərkəzi
bankın kommersiya banklarına verdiyi kreditlərə nisbəti kimi başa düşülür.
Depozit multiplikatoru
multiplikasiyanın
obyektini,
daha dəqiq, multiplikasiya
prosesində artan kommersiya banklarının depozit hesablarındakı pulları tərənnüm edir.
Ümumi şəkildə pul multiplikatorunu pul təklifinin pul bazasına qarşı münasibəti
kimi təsəvvür etmək olar:
M=Ms/MB
(1)
Burada Ms - pul təklifi (M= nağd pu1+tələbolunanadək depozitlər)
MB - pul bazası (MB= nağd pu1+ehtiyyatlar)
(l) formulundan (2) formulunu çıxarmaq olar.
Ms= mMB
(2)
Beləliklə pul təklifi birbaşa pul bazasının həcmindən
və pul multiplikatorundan
asılıdır.
Pul bazası
dedikdə mərkəzi bank tərəfindən buraxılan (Milli Bankın
xəzinədarlığında olan nağd pullar nəzərə alınmadan)
nağd pullar və kommersiya
banklarının məcburi ehtiyyatları nəzərdə tutulur.
Ölkəmizin timsalında son illər pul bazası sferasında
baş verən dəyişiklikləri
ümumi şəkildə müsbət qiymətləndirmək olar. Belə ki, statistik məlumatlara əsasən qeyd
etmək lazımdır ki, 2007 -ci ilin mart ayının sonuna geniş mənada pul bazası (və ya
ehtiyat pullar) ilin əvvəlinə nəzərən 246.2 mln. AZN və ya 12% azalaraq 1798.4 mln.
AZN təşkil etmişdir. Manatla pul bazası isə ilin əvvəlinə nəzərən 63 mln. AZN və ya
Dostları ilə paylaş: