Mühazirə müəllimi: Dos. H. H. Həsənov



Yüklə 2,21 Mb.
Pdf görüntüsü
səhifə30/157
tarix10.12.2023
ölçüsü2,21 Mb.
#139539
növüMühazirə
1   ...   26   27   28   29   30   31   32   33   ...   157
Maliyyə Və Kredit

KitabYurdu.az 
34


3.9% artaraq 1662.5 mln. AZN təşkil etmişdir. Bunu ehtiyat pulların quruluşu haqda 
cədvəldən də görmək olar.
Ehtiyat pullar və onun struktur elementləri haqqında məlumat, mln.AZN 
01.01.2007
01.02.2007
01.03.2007
01.04.2007
1.Ehtiyat pullar 
2044.6 
1596.8 
1698.8 
1798.4 
2.Ehtiyat pullar 
(manatla) 
1599.5 
1460.3 
1563.7 
1662.5 
3.Dövriyyədə 
olan pullar
1449.3 
1324.4 
1388.6 
1482.8 
4.Bank 
ehtiyatları 
594.9 
271.9 
309.5 
314.9 
5.Digər 
depozitlər 
0.4 
0.4 
0.7 
0.7 
 
Pul multiplikatoru
 
pul bazasının artması zamanı pul təklifinin necə dəyişməsini 
göstərir. Depozit əmsalı və ehtiyat normasının artması uyğun olaraq pul 
multiplikatorunu azaltmış olur.
2.5. PUL AQREQATLARI 
 
Pul aqreqatı
 
pul kütləsinin göstəricisidir.
Pul kütləsi
 
pul bazasının kommersiya bank sistemində genişlənməsi ilə 
yaranır və tədavüldəki nağd pullardan və müştərilərin hesablarındakı pul 
qalıqlarından ibarətdir.
Statistikada pul aqreqatları müəyyən müddətdə pulun hərəkətindəki 
dəyişikliklərinin təhlili üçün nəzərdə tutulmuşdur. Pul aqreqatlarının düzülüşünün 
əsasını maddi sərvətlərin likvidlik səviyyəsi ardıcıllığı təşkil edir. Maddi sərvətlərin 
KitabYurdu.az 
35


Iikvidliyi dedikdə onların tez bir zamanda böyük itkilər vermədən pula çevrilmə 
qabiliyyəti durur. Maddi sərvətlərin likvidliyi zamanla ölçülür. Bu sərvətlərin pula 
çevrilməsi nə qədər az müddətdə baş verərsə, demək onun likvidliyi bir o qədər 
yüksəkdir. Demək ən yüksək likvidliliyə malik olan nağd pullardır.
Tədavüldə nağd pullar MO aqreqatı ilə müəyyənləşir. Bu aqreqat özündə 
banknotları, xəzinə biletlərini, və metal pulları cəmləşdirir.
MO aqreqatını pul bazasından fərqləndirmək vacibdir.
Belə ki, yuxarıda qeyd etdiyimiz kimi pul bazasının tərkibinə kommersiya banklarının 
mərkəzi banklarda olan məcburi ehtiyyatları aiddir. Lakin MO aqreqatına isə formal 
olaraq bu ehtiyatlar daxil deyil.
Ardıcıl olaraq MO aqreqatına azdan başlayaraq likvidli vəsaitləri birləşdirərək 
ondan sonrakı aqreqatları almaq olur. 
Aqreqatların sayı və tərkibi ölkənin kredit sisteminin struktur xüsusiyyətlərindən 
və onun maliyyə bazarlarının inkişaf səviyyəsindən asılıdır.
İqtisadi cəhətdən inkişaf etmiş dövlətlərin pul aqreqatları:

Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin