PUL SISTEMININ ÜMUMI XARAKTERISTIKASI
Pul sistemi hər bir ölkədə tarixən yaranmış və milli qanunlarla
möhkəmləndirilmiş pul tədavülünün təşkil edilməsi formasıdır. Pul sisteminin
yaranması XVI-XVII əsrlərə, kapitalist istehsal üsulunun, həm də mərkəzlədirilmiş
dövlət və milli bazarın yaranması və təsdiqlənməsi dövrünə təsadüf edir. Onun ayrı-ayrı
ünsürləri isə daha əvvəlki dövrlərdə yaranmışdır. Əmtəə-pul münasibətləri və kapitalist
istehsal üsulu inkişaf etdikcə pul sistemində köklü dəyişikliklər baş vermişdir. Pul
sisteminin tipi pulun hansı formada – əmtəə kimi ümumi ekvivalent və ya dəyər
nişanəsi kimi fəaliyyət göstərməsindən asılıdır. Bunlarla əlaqədar olaraq pul sisteminin
aşağıdakı tipləri bir-birindən fərqlənir:
- metal tədavülü sistemi, hansı ki, bütün beş funksiyanı yerinə yetirən həqiqi
pullara (gümüş, qızıl) əsaslanır, dövr edən banknotlar isə məzənnəsiz olaraq pullara
dəyişdirilir;
- kağız-kretid tədavülü sistemi, hansı ki, həqiqi pullar dəyər nişanələri tərəfindən
sıxışdırılıb çıxarılmış, tədavüldə isə kağız (xəzinə vekselləri) və ya kredit pulları
fəaliyyət göstərir.
Pul sisteminin qanunla ayrı-ayrı elementləri vardır. Bunlar aşağıdakılardır:
1.
Pul vahidlərinin adları elan edilir və onun qızıl təminatı müəyyən edilir;
2.
Pul nişanlarının növləri müəyyən edilir;
3.
Pul nişanlarının emissiya qaydaları təsdiq edilir;
4.Pul tədavülünün planlaşdırılmasının qaydaları və metodları müəyyən edilir;
5.Beynəlxalq hesablaşmaların qaydaları müəyyən edilir, bundan başqa milli
valyutaların ölkədən çıxarılması və gətirilməsi qaydaları müəyyən edilir.
METAL PUL TƏDAVÜL SISTEMI
Dostları ilə paylaş: