salınmasına, müvəqqəti sərbəst pul vəsaitlərinin banklarda
cəmləşməsinə və onlardan
kredit resursları kimi istifadəyə şərait yaradır.
Pul hesablaşmalarında nağd pulun iştirakı dövlət qanunçuluğu ilə tənzimlənir.
Nağdsız hesablaşmalar sistemi ümumi dövlət qanunları və bankın qaydaları ilə
nizamlaşdırılmalıdır. Onun əsas elementlərinə daxildir: nağdsız hesablaşmaların təşkili
prinsipləri, ödəniş qaydaları, ödəniş mənbələri, ödəniş növbəliliyi və nağdsız
hesablaşma formaları.
Nağdsız hesablaşmalar:
1. Satılmış məhsul, görülmüş iş və göstərilmiş xidmətlərin dəyərinin vaxtında
daxil olması;
2. Məhsul alınana, xidmətlər göstərilənə və işlər görülənədək ödənişlərin
aparılması;
3. Maliyyə, kredit, sığorta, məhkəmə və s. ödənişlər
üzrə pül vəsaitlərinin
vaxtında köçürülməsi;
4. Mal göndərişi müqavilələrinə və ödəniş intizamına riayət olunmasına nəzarət;
5. Nağdsız hesablaşmaların aparılmasının mövcud qaydalarına riayət edilməsinə
bank nəzarəti;
6. Mal-material göndərilməsi ilə onun dəyərinin ödənilməsi müddətlərinin
maksimum yaxınlaşdırılmasını təmin etməlidir.
Nağdsız hesablaşmaların qarşısına qoyulan tələb hesablaşmaların müəyyən edilən
prinsiplərinə əməl etməkdir.
Nağdsız hesablaşmalar əsasən aşağıdakı prinsiplər əsasında həyata keçirilir:
1. Bütün müəssisə və təşkilatlar özlərinin pul vəsaitlərini əsas onlar üçün bankda
açılmış hesablarda saxlamalıdırlar və nağdsız hesablaşmalar
həmin hesab vasitəsi ilə
aparılmalıdır. Hazırda müəssisə və təşkilatlar nağdı pulla hesablaşma apardığından
norma daxildində pulların bir hissəsini kassada saxlaya bilərlər.
KitabYurdu.az
51
2. Hesablardan ödənişlər hesab sahibinin razılığı və ya sərəncamı ilə onun
müəyyən etdiyi növbəlilik əsasında hesabdakı vəsait müqabilində aparılmalıdır. Bu
zaman ödənişlərin ləngidilməsinə imkan verilməməlidir.
3. Nağdsız hesablaşmalar tərəflər arasında bağlanmış müqavilədə nəzərdə
tutulmuş formalarda aparılmalıdır.
Iqtisadi məzmununa görə nağdsız hesablaşmalar əmtəə və qeyri-əmtəə xarakterli
olurlar. Əmtəə xarakterli hesablaşmalar təsərrüfat təşkilatları arasında aparılır və
nağdsız hesablaşmalar sisteminin ¾ hissəsinə qədərini təşkil edir.
Qeyri-əmtəə
xarakterli hesablaşmalarda əsas yeri büdcə ilə hesablaşmalar, bank kreditlərinin
alınması və ödənilməsi, kreditlərə görə faizlər, sığorta orqanları ilə hesablaşmalar və s.
təşkil edir.
Satıcıların və alıcıların hesablarının yerləşdiyi yerdən asılı
olaraq hesablaşmalar
şəhərlərarası və şəhərdaxili hesablaşmalara bölünür. Müxtəlif yaşayış məntəqələrində
yerləşən, bu səbəbdən də müxtəlif yerlərdə yerləşən bankların xidmətlərindən istifadə
edilməklə aparılan hesablaşmalar şəhərlərarası hesablaşma adlanır.
Bir yaşayış məntəqəsində yerləşən və eyni bankın
və ya həmin məntəqədə
yerləşən müxtəlif bankların xidmətindən istifadə etməklə aparılan hesablaşmalar
şəhərdaxili hesablaşma adlanır.
Nağdsız hesablaşmaların aparılması formaları seçilən zaman,
hesablaşma
iştirakçılarının yerləşdiyi yer xüsusi əhəmiyyət kəsb edir.
NAĞDSIZ HESABLAŞMALARIN FORMALARI
Hağdsız hesablaşmaların təşkili prinsiplərinə görə hər bir müəssisə özünəuyğun,
onun mənafeyinə cavab verən hesablaşma formasından istifadə edə bilər. Bu barədə heç
bir kənar tərəfin, o cümlədən bankların təsiri olmadan müqavilə imzalanır
və tərəflər
arasında hesablaşmalar ilə əlaqədar iddialar bankların iştirakı olmadan tərəflərin özləri
vasitəsilə həll edilir. Hesablaşmalarda iştirak edən tərəflər ödənişin vaxtında və düzgün
Dostları ilə paylaş: