Mühazirə müəllimi: Dos. H. H. Həsənov



Yüklə 2,21 Mb.
Pdf görüntüsü
səhifə42/157
tarix10.12.2023
ölçüsü2,21 Mb.
#139539
növüMühazirə
1   ...   38   39   40   41   42   43   44   45   ...   157
Maliyyə Və Kredit

KitabYurdu.az 
54


6. Nəqliyyat, kommunal və məişət müəssisələrində istismar xərclərinin 
ödənilməsi ilə əlaqədar hesablaşmalarda. 
Qeyri-əmtəə əməliyyatları üzrə ödəmə tapşırıqlarından büdcəyə ödənişlər, bank 
kreditlərinin və kreditlər üzrə faizin ödənilməsində dövlət və ictimai sığorta orqanlarına 
vəsait köçürülməsində, nizamnamə fondunun yaradılmasında, eləcə də cərimələrin və 
digər faiz ödənişlərinin ödənilməsində istifadə olunur. Ödəmə tapşırıqları bank 
tərəfindən qəbul edilmiş formada xüsusi blankda texniki vəsaitdən istifadə olunmaqla 4 
nüsxədə tərtib edilir.
1-ci nüsxə ödəyici bankda vəsaitin silinməsinə əsas verən sənəd kimi qəbul edilir 
və həmin bankda saxlanılır, 4-cü nüsxə ödəmə tapşırıqlarının icra olunmağa qəbul 
edilməsini təsdiq edən sənəd kimi ödəmə tapşırıqları verən müəssisəyə qaytarılır və 
qəbz rolu oynayır, 2 və 3-cü nüsxələr isə satıcıya xidmət edən banka göndərilir. Bu 
zaman 2-ci nüsxədən vəsaitlərin satıcının hesabına daxil edilməsini təsdiq edən sənəd 
kimi istifadə olunur və bankın gündəlik sənədlərində saxlanılır. 3-cü nüsxə isə satıcının 
hesabında əməliyyatların aparılmasını təsdiq edən sənəd kimi şəxsi hesabdan 
çıxarılmaqla birlikdə satıcı təşkilata verilir. Ödəmə tapşırıqları icra üçün onun 
hesabındakı vəsait ödənişə tam taminat verdikdə qəbul edilir. Yəni ödəyicinin 
hesabındakı vəsaitlər ödənişi tam təmin etməzsə və yaxud onun hesabında vəsait 
olmazsa, ödəmə tapşırığı bank tərəfindən icra üçün qəbul edilmir. Bank isə hesab sahibi 
arasında ödəmə tapşırığının icraya qəbul edilməsi haqda başqa şərt də müəyyən oluna 
bilər. Bu halda sənədlər icra üçün həmin şərt daxilində qəbul edilir. Məsələn, ödəyici 
təşkilat bankdan kredit almaq hüququna malik olarsa, ödəniş bank krediti hesabına 
aparıla bilər. Yəni, sənədin təqdim olunma tarixinə müəssisənin hesabında vəsait 
olmazsa, lakin müəssisə bankdan kredit almaq imkanına malik olarsa, ödəmə tapşırığı 
bank tərəfindən icra üçün qəbul edilə bilər. Ödəmə ğapşırıqları yazıldığı gündən üç 
təqvim günü müddətinə etibarlıdır (yazıldığı gün nəzərə alınmır). Yəni üç gün ərzində 
müəssisə onu banka təqdim edə bilər.

Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin