Ictimai təkrar istehsalın bu və ya digər ziddiyyətləri həm əmtəələrin istehsalı və
təklifi sahəsində, həm də pul tədavülü sahəsində fəaliyyət göstərən inflyasiya amillərini
meydana gətirir.
Inflyasiya mexanizmi aşağıdakı amillərlə bağlıdır:
1.
Iqtisadiyyatın silsiləvi inkişafı;
2.
Inhisarçı qiymətqoyma;
3.
Iqtisadiyyatın hərbiləşdirilməsi;
4.
Dövlət maliyyəsinin böhranı;
5.
Iqtisadiyyatın dövlət tənzimlənməsi;
6.
Hədsiz investisiyalar və kredit ekspansiyası;
7.
Tədavüldəki pulun miqdarı;
8.
Xərclərin artımı;
9. Inflyasiyanın xarici iqtisadi amilləri.
Inflyasiyanın pul və qeyri-pul amillərin təsiri altında yaranması
mümkünlüyü
onun aşağıdakı iki növünün fərqləndirilməsinə səbəb olur:
1.
Tələb inflyasiyası – O, pullu tələbin əmtəə tələbindən çox olmasını yaradan
pul amillərinin təsirindən irəli gəlir.
2. Xərclər inflyasiyası – O, xammal,
material, yanacaq, işçi qüvvəsinin
çatışmazlığı və yaxud bahalaşması, inhisarçı qüvvələrin təsiri səbəbindən xərclərin, yəni
maya dəyərinin artmasına və qiymətlərin qalxmasına və bunun ardınca
pul kütləsinin
genişlənməsinə səbəb olan qeyri-pul amillərindən irəli gəlir.
Qiymətlərin artım sürətindən asılı olaraq inflyasiyanın üç növünü fərqləndirirlər:
1. Mötədil inflyasiya. Qiymətlərin orta illik artım sürəti 5-10 %-dir;
2. Çapacaq inflyasiya. Qiymətlərin artım sürəti 10-1000 %-ə çatır.
3. Hiperinflyasiya. Qiymətlərin orta illik artım sürəti 1000 %-dən çoxdur.
Bir qayda olaraq inflyasiya pulun aşağıdakılara nisbətən dəyərsizləşdirilməsində
təzahür edir:
KitabYurdu.az
66
1. Əmtəələrə nisbətən. Burada qiymətlərin ümumi dinamikası
əmtəə dəyərinin
dinamikasından getdikcə fərqlənir, ayrı düşür. Bu, topdansatış tədarük, tikinti,
nəqliyyat, xarici ticarət və s. qiymət və tariflərdən ibarət vahid qarşılıqlı tərzdə əlaqəli,
bütöv bir
silsiləyə aiddir ki, onun da zirvəsində əmtəə və xidmətlərin pərakəndə satış
qiymətləri durur. Qiymətlərin ümumi artımına müvafiq olaraq pulun alıcılıq qabiliyyəti
aşağı düşür.
2. Qızıla nisbətən. Qızılın keçmişdə pul olması onun indi də kapital və yığımları
inflyasiya nəticəsində dəyərsizləşmədən və daha mümkün ola bilən itkilərdən qorumaq
məqsədilə maliyyə aktivi kimi alınmasına səbəb olur. Ölkənin iqtisadi çətinliklərlə
üzləşdiyi, dəyərsizləşən milli valyuta inamsızlığının gücləndiyi dövrlərdə qızılın
aktiv
rolu artır. Milli valyutanın qızıla nisbətən dəyərsizləşməsi baş verir ki, bu da qızılın
bazar qiymətinin artması şəklində özünü biruzə verir.
3. Xarici valyutaya nisbətən. Bu, milli valyuta məzənnəsinin aşağı düşməsində
özünü göstərir.
INFLYASIYANIN INKIŞAF QANUNAUYĞUNLUQLARI VƏ NƏTICƏLƏRI
Dünya təcrübəsindən məlumdur ki, inflyasiya öz inkişafında üç mərhələdən keçə
bilər:
1. Birinci mərhələdə tədavüldəki pul kütləsinin artım sürəti dəyərsizləşmə sürətini
(qiymətlərin artım sürətini) üstələyir. Bu hal müharibəqabağı
və müharibə dövrünün
iqtisadi artım şəraitində istehsalın süni şəkildə canlandırılmasından ötrü tədavülün pula
olan tələbatının müəyyən dərəcədə artması ilə izah oluna bilər.
2. Qiymətin əmələ gəlməsində məhdudlaşdırıcı tədbirlərsiz tədavüldəki pul
kütləsinin böyüməsi inflyasiyanı inkişafının ikinci mərhələsinə keçirir.
Burada pulun
dəyərsizləşmə sürəti (qiymətlərin artım sürəti) pul kütləsnin artımını getdikcə üstələyir.
3. Inflyasiyanın inkişafında mövcud ola bilən üçüncü mərhələ pul kütləsinin
genişlənməsi sürəti ilə qiymət artımı sürəti arasındakı dəyişən nisbətlə səciyyələnir.
Dostları ilə paylaş: