Bank krediti kommersiya kreditinə xas olan məhdudiyyətləri aradan qaldırır,
çünki
o kreditləşmənin istiqamətləri, məbləği və müddətləri ilə məhdudlaşmır. Bank
krediti kommersiya kreditində olduğu kimi təkcə əmtəə tədavülünə deyil,
həm də
kapital yığımına xidmət edir. Bank kreditinin aləti olan vekseli ilə kommersiya
vekselinin diskont əməliyyatları vasitəsilə əvəz edilməsi kreditin təminatını gücləndirir,
deməli onun miqyaslarını, müddətlərini genişləndirir.
Bütün
fərqlərə baxmayaraq, kommersiya və bank kreditinin ümumi cəhətləri də
mövcuddur. Ilk növbədə onların təbiəti eynidir. Kommersiya
krediti tarixən bank
kreditindən əvvəl yaranmış və məntiqi olaraq kredit sisteminin əsası kimi çıxış edir. Bu
onunla izah olunur ki, məhz kommersiya krediti bilavasitə
ticarət və sənaye
kapitallarının dövranına, əmtəələrin istehsaldan son istehlaka qədər hərəkətinə xidmət
edir. Bank kreditinin üstünlüyünə baxmayaraq kommersiya krediti rədd edilmir.
Əksinə, kommersiya krediti bank kreditinin tarixi və
məntiqi sələfi olmaqla bank
kreditinin sonrakı çox güclü inkişafından bəhrələnir. Bank aksepti kommersiya
veksellərinin təminatını möhkəmləndirməklə kommersiya
kreditinin iri şirkətlər,
xüsusilə də korporasiyalar üçün əhəmiyyətini artırır.
Kreditin formalarından başqa bir neçə növünü fərqləndirmək mümkündür.
Məsələn, istehlak krediti. Kreditin bu növü əhali tərəfindən yeni dəyərin yaradılmasına
deyil, borcalanın istehlak tələblərinin ödənilməsinə yönəldilir. Bu kredit vasitəsilə
vətəndaşların bahalı uzunmüddətli istehlak mallarına yaranan tələbatı onların dəyərinin
tam ödənilməsinə qədər təmin olunur. Istehlak kreditinin bank və firma formaları ola
bilər. Birinci halda, istehlak kreditini pul formasında bank verir. Qeyd etmək lazımdır
ki, bank kreditləri arasında istehlak krediti ən bahalı kredit hesab olunur.
Ikinci halda
isə ticarət firmasının özü müəyyən bahalı uzunmüddətli malı müştəriyə kreditə satır.
Hər iki halda müştəri banka və yaxud ticarət firmasına kreditin məbləğinin müəyyən
faizi həcmində ilkin ödəniş verir.
Istehlak kreditinin ayrıca növünü mənzil krediti təşkil edir. Burada kredit hazır
mənzilin alınmasına və yaxud evin tikilməsinə verilir.
Mənzil krediti və bank
Dostları ilə paylaş: