«Kommersiya bankı» termini bank işi inkişafının ilkin mərhələsində meydana
gəlmişdir. O zaman banklar əsasən ticarət və əmtəə mübadiləsi əməliyyatları üzrə
yaranan ödənişlərə xidmət edirdilər. Bankların əsas müştəriləri kimi tacirlər çıxış
edirdilər (kommersiya, yəni ticarət bankı adı məhz buradan götürülmüşdür).
Dünya bank sistemində ikinci pilləli banklar kimi kommersiya bankları mühüm
yer tutur. Əgər mərkəzi banklar bankların bankı olaraq banklara və hökumətə xidmət
edirsə, kommersiya bankları bilavasitə müştərilərə xidmət edir, onlarla işləyir.
Kommersiya banklarının başlıca fərqi pul emissiyası hüquqlarının olmamasıdır.
Kommersiya bankları əsasən iki növə bölünür: universal banklar və ixtisaslaşdırılmış
banklar. Universal banklar adətən bütün bank xidmətlərini yerinə yetirmək hüququna
malikdir.
Universal kommersiya bankları dünya miqyasında müştərilərinə 200-ə yaxın bank
xidməti yerinə yetirir. Ixtisaslaşdırılmış banklar bu çoxsaylı bank xidmətlərinin biri və
ya bir qrupu üzrə fəaliyyətini qurur.
Ixtisaslaşdırılmış banklara investisiya bankları, ipoteka bankları, kredit
kooperativləri və s. daxildir.
Kommersiya bankları milli iqtisadiyyatda maliyyə vasitəçiləri kimi böyük rol
oynayırlar. Onlar sərbəst qalan pulları dövriyyəyə cəlb edir və onları məhz ehtiyacı olan
şəxslərə və ya müəssisələrə verir (kredit kimi). Bununla da onlar çox vacib bir vəzifəni
icra edir, həmçinin müştərilər arasında hesablaşmaları icra edir və bununla da vasitəçi
kimi xidmət göstərirlər.
Ümumiyyətlə, kommersiya banklarının xidmət dairəsi çox genişdir və bu inkişaf
etmiş ölkələrdə getdikcə artır. Hər bir bank rəqabətə tab gətirmək üçün öz müştərilərinə
daha çox və daha yüksək keyfiyyətli xidmət göstərmək istəyir. Hazırda bankların
müştərilərinə göstərdiyi xidmətləri bir neçə iri qruplara bölmək olar:
1. Kassa-hesablaşma xidməti. Bu xidmət növü hər şeydən əvvəl müştərilərə
(hökumət, bələdiyyələr, müəssisələr) qeyri-nağd hesablaşma xidmətindən, onlardan
Dostları ilə paylaş: