prosesi artıq bankları universal işguzar müəssisələrə çevirdi. Yəni kommersiya bankları
bu gün öz müştərlərinə istənilən xidməti göstərə bilər.
Kredit təşkilatları qanunvericiliyi müvafiq qaydada dövlət qeydiyyatından
keçdikdən sonra bank lisenziyası almaq üçün Mərkəzi Banka yazılı vəsadət verirlər.
Vəsadətlə birlikdə aşağıdakı məlumat və sənədlər təqdim edilir:
1.
Dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti;
2.
Təsis sənədləri (təsis müqaviləsi, nizamnamənin qəbul olunması, nəzarət və
idarəetmə orqanları rəhbərlərinin təyin edilməsi haqqında protokol), qeydiyyat
orqanında təsdiq olunmuş nizamnamə;
3.
Hüquqi şəxs olan təsisçilərin son il üçün mühasibat balansı, mənfəət və zərər
haqqında hesabatı və buna dair auditor rəyi;
4.
Təsisçilərin təklif etdiyi rəhbərin və baş mühasibin peşə yararlığı və məhkum
olunub-olunmadıqları barədə məlumat, həmin şəxslər tərəfindən doldurulmuş
anket.
Bank lisenziyası verilməsi haqqında vəsadətə Mərkəzi Bank nəzərdə tutulmuş
bütün sənədləri aldığı gündən ən geci 30 gün keçənədək baxmalıdır. Mərkəzi Bankda
kredit təşkilatı üçün müxbir hesabı açılır və müəyyən olunmuş minimum nizamnamə
kapitalının 1 ay müddətində 100% ödənilməsini tələb edir.
Kredit təşkilatının minimum nizamnamə kapitalının 100% ödənilməsini təsdiq
edən sənədlər təqdim olunduqda Mərkəzi Bank 3 gün müddətində kredit təşkilatına
bank əməliyyatlarının aparılması üçün lisenziya verilməsi haqqında qərar qəbul edir.
Kredit təşkilatı bank lisenziyasında müəyyən edilən hüdudlarda aşağıdakı bank
əməliyyatlarını həyata keçirə bilər:
1.
Vəsaiti faizlə və ya faizsiz qəbul etmək;
2.
Borcalanla razılığa əsasən kreditlər vermək;
3.
Fiziki və hüquqi şəxslərin hesablarını açmaq və hesablarda əməliyyatlar
aparmaq;
Dostları ilə paylaş: