Mühazirə müəllimi: Dos. H. H. Həsənov



Yüklə 2,21 Mb.
Pdf görüntüsü
səhifə74/157
tarix10.12.2023
ölçüsü2,21 Mb.
#139539
növüMühazirə
1   ...   70   71   72   73   74   75   76   77   ...   157
Maliyyə Və Kredit

KitabYurdu.az 
97


yanaşı, maliyyə vəsaitlərinin vasitəçiləri rolunda xüsusi kredit institutları da çıxış 
etməyə başlamışdır. 
Xüsusi kredit institutları – 
kredit müəssisəsinin bir növü olub, XIX əsrdə 
yaranmışdır. Xüsusi kredit institutları uzun müddət kommersiya banklarının təsiri və 
hökmranlığı altında fəaliyyət göstərmişlər. Kredit bazarında kommersiya bankları və 
ənənəvi depozit müəssisələri ilə yanaşı, yeni kredit subyektləri öz vəziyyətlərini 
tədricən möhkəmləndirmiş və əsasən uzunmüddətli ssudalar bazarında üstünlüyü ələ 
almağa müvəffəq olmuşlar. 
Bazar iqtisadiyyatlı ölkələrin maliyyə-kredit sisteminin təsnifatına görə xüsusi 
maliyyə-kredit institutlarına aşağıdakılar daxildir: 
1)
Ssuda-əmanət assosiasiyaları; 
2)
Əmanət bankları; 
3)
Kredit ittifaqları; 
4)
Sığorta şirkətləri; 
5)
Maliyyə şirkətləri; 
6)
Investisiya şirkətləri; 
7)
Xüsusi pensiya fondları; 
8)
Dövlət pensiya fondları; 
9)
Qarşılıqlı pul bazarı fondları. 
Maliyyə vasitəçilərinin başlıca funksiyası ondan ibarətdir ki, bunlar aktivləri və 
borc öhdəliklərini istehlakçıların tələbinə uyğunlaşdırırlar. Maliyyə vasitəçilərinin ikinci 
funksiyası isə ondan ibarətdir ki, bunlar gözlənilən risqi bir qrup borclunun ssuda və 
investisiya fəaliyyətinin birləşdirilməsi yolu ilə azaldırlar. Burada əsas prinsip ondan 
ibarətdir ki, risqin ayrıca fərd üçün əvvəlcədən gözlənilməsi praktiki cəhətdən mümkün 
deyildir, ancaq bir qrup şəxslər üçün isə risq qabaqcadan gözlənilən olur.
Maliyyə vasitəçilərinin üçüncü funksiyası, yəni tədavül xərclərinin azaldılmasını 
da yerinə yetirirlər (konkret olaraq əməliyyatların icrasına çəkilən xərclər). Maliyyə 
vasitəçiləri müəyyən növlü maliyyə əməliyyatlarında ixtisaslaşma yolu ilə tədavül 

Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin