Mühazirə müəllimi: Dos. H. H. Həsənov



Yüklə 2,21 Mb.
Pdf görüntüsü
səhifə92/157
tarix10.12.2023
ölçüsü2,21 Mb.
#139539
növüMühazirə
1   ...   88   89   90   91   92   93   94   95   ...   157
Maliyyə Və Kredit

KitabYurdu.az 
119


materialların, azqiymətli və tez xarab olan əşyaların silinməsi qaydaları, biməmiş 
istehsalın qiymətləndirilməsi metodları, tezləşdirilmiş amortizasiya tətbiq etmək 
imkanları mövcud olur.
Müəssisənin kredit siyasətinin hazırlanması
. Bu məqsəd üçün balansın 
passivinin strukturu təhlil edilir, xüsusi və dövriyyə vəsaitlərinin payı, onların nisbəti 
təhlil edilir, xüsusi dövriyyə vəsaitinin çatışmazlığı müəyyən olunur. Hesablama 
əsasında borc vəsaitinə tələbat müəyyən olunur. Bəzi hallarda xüsusi dövriyyə vəsaiti 
kifayət etdikdə belə, müəssisələrə kredit almaq məqsədəuyğun hesab edilir. Bu o vaxt 
mümkündür ki, kredit vəsaitinin cəlb edilməsi və istifadəsindən əldə edilən səmərə faiz 
dərəcəsindən yüksək olsun. Müəssisənin kredit siyasəti kredit təşkilatını, faiz 
dərəcəsinin miqdarını, kreditin ödənilməsi müddətini seçməyi nəzərdə tutur. 
Dövriyyə vəsaitinin, debitor və kreditor borclarının idarə edilməsi.
Maliyyə 
siyasəti hazırlanarkən, belə hesab edirlər ki, bu maliyyənin idarə edilməsinin əsas 
problemidir. Bu problemin düzgün həll edilməsindən istər xüsusi vəsaitlərin və istərsə 
də borc alınmış vəsaitlərin istifadəsinin səmərəliliyi çox asılıdır. Müəssisənin maliyyə 
siyasəti hazırlanarkən nəzərdə tutulmuş dövriyyə vəsaitindən səmərəli istifadə 
edilməsinin, yüksəldilməsinin mühüm amili dövriyyə vəsaitinin dövriyyəsidir.
Xərclərin (məsrəflərin) idarə edilməsi və amortizasiya siyasətinin seçilməsi.
Sənaye müəssisələrində istehsal xərclərinin (məsrəflərinin) və tədavül xərclərinin idarə 
edilməsinə həsr edilmiş maliyyə siyəsəti bölməsinin hazırlanması üçün maliyyə 
təhlilinin xərc və rentabellik səviyyəsi haqqında məlumatlarından istifadə edilir. Təhlil 
əsasında xərclərin (dəyişən, sabit və qarışıq) optimallaşdırılması və zərərsiz işləməsinə 
nail olunması üzrə tədbirlər hazırlanır. 
Amortizasiya siyasətinin seçilməsi müəssissənin maliyyə siyasətində böyük 
əhəmiyyət kəsb edir. Qüvvədə olan qanunvericiliyə əsasən müəssisə tezləşdirilmiş, yəni 
avadanlıqları dəyişdirmək üçün xərcləri artırmaqla, sürətli vəsait yığmaq hüququna 
malikdir. Müəssisə həmçinin əsas fondların yenidən qiymətləndirilməsini keçirmək
amortizasiya ayırmalarının hesablanması üsulunu müəyyən etmək hüququna malikdir.

Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin