«Tədiyə balansı» anlayışına yeni baxış milli gəlir və məcmu milli məhsulun
hesablanmasında dönüş yaratdı.
Bütün bu deyilənlər tədiyə balansının müasir dövrə qədər keçdiyi mərhələlər idi.
Bu balans bu gün də təkmilləşdirilməkdədir. Indi bütün dünya ölkələri üçün ümumi
olan tədiyə balansının tərtibi qaydası Beynəlxalq Valyuta Fondu tərəfindən müəyyən
edilmişdir.
Tədiyə balansı nədir? Tədiyə balansı - ölkədən xaricə çıxarılan və ölkəyə
xaricdən daxil olan bütün iş və xidmətlər üzrə faktik ödəmələrin nisbətidir. Vaxtın
müəyyən dövrü üçün (il, rüb, ay) tərtib edilən tədiyə balansı həmin dövrdə mövcud
olan beynəlxalq daxilolmalar və ödəmələr arasında nisbət formasında mümkün olur. Bu
balans müəyyən müddət üçün statistik göstəricilər formasında qəti müəyyən olunmur.
O, daxilolmaların və ödəmələrin arasındakı nisbətin gündən-günə dəyişdirilməsini əks
etdirir. Belə ki, tədiyə balansı müəyyən vaxt kəsiyində artıq yerinə yetirilmiş ödəmələri
və daxilolmaları özündə əks etdirir və ölkənin beynəlxalq iqtisadi əlaqələrinin
vəziyyətini aydınlaşdırmağa imkan verir. Balans vasitəsilə ölkənin iqtisadi vəziyyəti və
ya inkişafı aydın görünür.
Əgər valyuta daxilolmaları ödənişlərdən çoxdursa onda tədiyə balansı aktivdir.
Əksinə, əgər ölkənin ödənişləri daxilolmaları ötürsə, deməli balans passivdir. Tədiyə
balansının strukturuna gəldikdə demək lazımdır, balansda verilən əməliyyatların
xarakterinə görə iki əsas bölməyə ayrılır:
1.
Cari əməliyyatlar (ticarət balansı, qeyri kommersiya və xidmət əməliyyatları
balansı daxildir);
2.
Sərmayə və kreditlərin hərəkəti balansı.
Ticarət balansı.
Tarixi olaraq beynəlxalq mübadilənin ən çox inkişaf etmiş
forması kimi xarici ticarət çıxış edir. Idxalat və ixracat üzrə daxilolmaların və
ödəmələrin nisbəti ticarət balansını əmələ gətirir. Tədiyə balansına yalnız ticarət
balansının o hissəsi daxil edilir ki, bu balansda ticarət əməliyyatları üzrə ödəmələr artıq
aparılıb və ya təcili olaraq ödənilməlidir. Ölkənin iqtisadi inkişaf göstəricilərindən biri
Dostları ilə paylaş: