də ixracatın ümumi həcminin idxalatdan çox olması və
bu nisbətin getdikcə artan
sürətlə inkişaf etməsidir. Bu göstərici ilk növbədə, ölkənin
valyuta mövqeyinə çox
müsbət təsr göstərir və çox zaman milli valyuta dəyərinin artmasına səbəb olur.
Qeyri-kommersiya və xidmət bölmələri balansı.
Bu balansa nəqliyyat, telefon,
teleqraf və poçt ödəmələri üzrə müxtəlif kommision və maliyyə əməliyyatları, turizm,
diplomatik və ticarət nümayəndəliklərinin saxlanması, istehlak köçürmələri, ölkədə olan
xarici fəhlələrə əmək haqqı, vərəsə, hərbi xərclər və s. üzrə
daxilolmalar və ödəmələr
daxildir. Xaricdəki investisiyalar və həmçinin beynəlxalq kreditlər üzrə faizlərin
ödənilməsi də tədiyə balansının bu bölməsində əks etdirilir.
Kreditlərin və sərmayələrin hərəkəti balansı.
Bu
balans ölkəyə daxil olan və
çıxarılan dövlət və şəxsi sərmayələrin, həmçinin verilmiş və alınmış
beynəlxalq
kreditlərin nisbətində ifadə olunur. Iqtisadi münasibətlərin inkişafı ilə əlaqədar olaraq
tədiyə balansında bu bölmənin həcmi və rolu genişlənməkdədir.
Tədiyə balansına təsir edən bir sıra amillər var. Bu amillər dolayı
yolla milli
valyuta və pul dövriyyəsinə çox böyük təsir göstərir. Bu amillər aşağıdakılardan
ibarətdir:
1.
Ölkənin iqtisadi və siyasi inkişafının qeyri-bərabərliyi;
2.
Dövri olaraq iqtisdiyyatın inkişafının tərəddüdü və ya sürətin artıb-azalması;
3.
Ölkədaxili dövlət xərclərinin artması;
4.
Iqtisadiyyatın hərbiləşdirilməsi və sürətlə silahlanma;
5.
Kapitalların hərəkətinin miqyasının və əhəmiyyətinin artması;
6.
Beynəlxalq ticarətdə baş verən dəyişikliklər;
7.
Valyuta-maliyyə amilləri;
8.
Inflyasiya.
Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra sərbəst olaraq
beynəlxalq iqtisadi münasibətlər sisteminə qoşulur və
xarici iqtisadi əlaqələrini
genişləndirir. Azərbaycanın xammal ehtiyatları xarici kapitalı cəlb edir. Tədiyə
balansının sektorlara ayrılmaqla
təhlili göstərir ik, əvvəlki illərdə olduğu kimi sonrakı
Dostları ilə paylaş: