Mühazirə müəllimi: Dos. H. H. Həsənov



Yüklə 2,21 Mb.
Pdf görüntüsü
səhifə103/157
tarix10.12.2023
ölçüsü2,21 Mb.
#139539
növüMühazirə
1   ...   99   100   101   102   103   104   105   106   ...   157
Maliyyə Və Kredit

KitabYurdu.az 
131


MÖVZU 11 
 
MALIYYƏ SISTEMI VƏ MALIYYƏNIN IDARƏ 
EDILMƏSI 
1.
Azərbaycan Respublikasının maliyyə sistemi. 
2.
Azərbaycan Respublikasının maliyyə sisteminin həlqələrinin 
xarakteristikası. 
3.
Dövlət maliyyə sistemi orqanları və onların vəzifələri. 
4.
Maliyyənin idarə edilməsi. 
KitabYurdu.az 
132


AZƏRBAYCAN RESPUBLIKASININ MALIYYƏ SISTEMI 
Maliyyə sistemi qarşılıqlı əlaqə və qarşılıqlı fəaliyyət göstərən maliyyə 
münasibətlərinin ayrı-ayrı həlqələrinin məcmusudur. Maliyyə sistemi vasitəsilə pul 
vəsaitləri fondlarının formalaşması, bölgüsü və istifadəsi həyata keçirilir. Maliyyə 
sisteminə ölkənin maliyyə fəaliyyətinin və pul tədavülünün tənzimlənməsinə xidmət 
edən maliyyə idarələri daxil edilir.
Maliyyə bölgü münasibətlərinin daşıyıcısı olduğuna görə , məhz bu bölgü 
müxtəlif təsərrüfat subyektləri arasında baş verir. Pul vəsaiti fondlarının yaradılması və 
istifadəsi qaydalarından asılı olaraq maliyyə sistemi iki yerə ayrılır: 
1.
Ümumdövlət maliyyəsi (mərkəzləşdirilmiş maliyyə); 
2. Müəssisə və təşkilatların (təsərrüfat subyektlərinin) maliyyəsi (qeyri-
mərkəzləşdirilmiş maliyyə); 
3. Maliyyə sistemi geniş mənada özünə habelə kredit-bank sistemini də (ölkənin 
banklarını və digər kredit idarələrinin məcmusu) daxil edir. Bu bölmə hər biri təşkilati 
struktura malik olmaqla bir neçə həlqədən ibarətdir. 
Birinci bölmənin – dövlət maliyyəsinin həlqələri mərkəzləşdirilmiş maliyyəyə 
aiddir və makro səviyyədə iqtisadiyyatı və sosial münasibətləri tənzimləmək və 
stimullaşdırmaq üçün istifadə edilir.
Ikinci bölmə – müəssisə və təşkilatların maliyyəsini - qeyri-mərkəzləş-dirilmiş
maliyyəni əhatə edir və mikrosəviyyədə iqtisadiyyatı və sosial münasibətləri 
tənzimləmək və stimullaşdırmaq üçün istifadə edilir.
Kredit-bank sistemi ölkənin banklarından və digər kredit idarələrindən ibarətdir. 
Ölkənin maliyyə sisteminə maliyyə fəaliyyətini həyata keçirən və tənzimləyən dövlət 
maliyyə institutları da (təşkilatlar və idarələr) aiddir. 

Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin