3. Müvafiq qanunvericiliyə uyğun olaraq dövlət büdcəsinin layihəsini hazılayıb
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edir, dövlət büdcəsinin tərtibi
və icrası qaydalarını təkmilləşdirmək barədə təkliflər verir;
4. Ölkənin sosial-iqtisadi vəziyyətin təhlili əsasında büdcə mədaxilinin
artırılmasına yönəldilən təkliflər hazırlayır;
5. Müəyyən edilmiş qaydada dövlət büdcəsinin, o cümlədən məqsədli büdcə
fondlarının icrasını təmin edir;
6.
Qiymət
siyasətinin
müəyyənləşdirilməsi
və
qiymətqoymanın
təkmilləşdirilməsində iştirak edir;
7.
Pul-kredit
siyasətinin əsas istiqamətlərinin müəyyənləşdirilməsinə,
hesablaşmaların və pul dövriyyəsinin təşkilinin təkmilləşdirilməsinə dair təkliflərin
hazırlanmasında iştirak edir;
8. Sığorta fəaliyyətinin inkişafı və təkmilləşdirilməsinə dair təkliflər verir;
9. Qiymətli kağızlar bazarının inkişafı üzrə təkliflərin hazırlanmasında iştirak edir
və qanunvericiliyə uyğun olaraq dövlət qiymətli kağızlarının emissiyası ilə bağlı
funksiyaları həyata keçirir;
10. Qanunvericilikdə müəyən edilmiş qaydada beynəlxalq maliyyə-kredit
təşkilatları ilə əməkdaşlığı həyata keçirir;
11. Dövlətin daxili və xarici borcları üzrə limiti müəyyənləşdirmək üçün təkliflər
verir.
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin əsas idarələri aşağıdakılardan
ibarətdir:
1. Baş Büdcə Idarəsi – dövlət büdcəsinin layihəsini tərtib edir və onun icrasını
təşkil edir;
2. Istehsal Sahələrinin Maliyyələşdirilməsi Baş Idarəsi – sənayenin, tikintinin,
faydalı qazıntılar, nəqliyyat və rabitənin maliyyələşdirilməsini həyata keçirir;
3. Hüquq Mühafizə Orqanlarının Maliyyələşdirilməsi Idarəsi;
Dostları ilə paylaş: