xərclənməsinin qarşısının alınması üçün maliyyə proqramlarının və proqnozlarının
əsaslığının qiymətləndirilməsini nəzərdə tutur.
Cari (operativ) maliyyə nəzarəti maliyyə əməliyyatlarının
baş verməsi, ssuda və
subsidiyaların verilməsi anında və s. aparılır. Cari maliyyə nəzarəti vəsaitlərin alınması
və verilməsi zamanı mümkün sui-istifadə hallarının qarşısını alır, maliyyə intizamına
əməl
edilməsinə, maliyyə-pul hesablaşmalarının vaxtında həyata keçirilməsinə kömək
edir. Bu işdə mühasibat xidməti böyük rol oynayır.
Sonrakı maliyyə nəzarəti – maliyyə və mühasibat sənədlərinin
təhlili və təftişi
yolu ilə aparılır, təsərrüfat subyektlərinin maliyyə fəaliyyətinin qiymətləndirilməsi,
maliyə planlarının proqnoz göstəricilərinin maliyyə strategiyasının
nəticələri ilə
tutuşdurulması və maliyyə xərclərinin proqnoz xərcləri ilə müqayisəsini nəzərdə tutur.
Keçirilmə metodlarına görə maliyyə nəzarətinin yoxlama, müayinə, gözqoyma,
maliyyə fəaliyyətinin təhlili, müşahidə (monitorinq), təftiş kimi formaları fərqləndirilir.
Hesab və xərc sənədləri əsasında keçirilən
yoxlama prosesində maliyyə
fəaliyyətinin ayrı-ayrı maddələri nəzərdən keçirilir və aşkar edilmiş nöqsanların aradan
qaldırılması üçün tədbirlər nəzərdə tutulur.
Müayinə yoxlamadan fərqli olaraq tədqiq edilən iqtisadi subyektin fəaliyyətinin
mümkün inkişaf perspektivlərini müəyyən etmək
üçün onun maliyyə-qtisadi
göstəricilərinin geniş spektrini əhatə edir.
Gözqoyma nəzarətedici orqanlar tərəfindən bu və ya digər maliyyə fəaliyyəti
növü üçün lisenziya almış təsərrüfat subyektinin üzərində aparılır
və onlar tərəfindən
müəyyən edilmiş qaydalara və normativlərə əməl edilməsini nəzərdə tutur. Məsələn,
Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən kommersiya banklarının
fəaliyyətinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti
Baş Idarəsi tərəfindən fəaliyyətinə göz yetirilir.
Maliyyə nəzarətinin bir növü kimi maliyyə fəaliyyətinin təhlili – maliyyə
fəaliyyətinin nəticələrini
ümumi qiymətləndirmək, maliyə vəziyyətini və xüsusi
Dostları ilə paylaş: