Azərbaycanın borc formasına və qaytarılmamaqla xarici
ölkələrə və beynəlxalq
təşkilatlara verdiyi vəsaitlərə nəzarət etməyə borcludur.
Hesablama Palatasının həyata keçirdiyi nəzarətin əsas formaları tematik
yoxlamalar və təftişdir. Aşkar edilmiş pozuntuların aradan qaldırılması
üzrə tədbirlər
görmək, dövlətə dəymiş zərərin ödənilməsi və qanunvericiliyi pozan və
təsərrüfatsızlıqda günahlandırılan
vəzifəli şəxsləri məsuliyyətə, o cümlədən cinayət
məsuliyyətinə cəlb etmək üçün Hesablama Palatası yoxlanılmış
müəssisənin, idarənin
və ya təşkilatın rəhbərliyinə təqdimat göndərir.
Hesablama Palatasının fəaliyyətinin nəticələri qanun
üzrə kütləvi informasiya
vasitələrində işıqlandırılmalıdır.
Maliyyə Prezident Nəzarəti Azərbaycan Respublikasının Konstitusiyasına uyğun
olaraq maliyyə məsələləri üzrə fərman vermək, qanunları imzalamaq, Maliyyə Nazirini
vəzifəyə təyin və azad etmək, Azərbaycan Respublikasının Mərkəzi Bankının
Idarə
Heyətinin sədri vəzifəsinə təyin etmək üçün Milli Məclisə namizədlərin təqdim edilməsi
yolu ilə həyata keçirilir.
Maliyyə Nəzarətinin müəyyən funksiyasını Azərbaycan Respublikası
Prezidentinin Nəzarət Idarəsi həyata keçirir. Prezident Aparatının struktur bölməsi kimi
o, bilavasitə Prezidentə tabedir, lakin bütün icra hakimiyyəti orqanları ilə qarşılıqlı
əlaqədə fəaliyyət göstərir. Onun funksiyalarına Respublika Icra Hakimiyyəti orqanları
yanında Prezident Aparatı bölməsinin və Azərbaycan Respublikasının
subyektlərinin
icra hakimiyyəti orqanları yanında nəzarət orqanlarının fəaliyyətinə nəzarət etmək,
vətəndaşların və hüquqi şəxslərin şikayətlərinə və müraciətlərinə baxmaq və s. daxildir.
Nəzarət idarələrinə dövlətr orqanlarının, təşkilatların və müəssisələrin (mülkiyyət
formasından asılı olmayaraq) rəhbərlərindən yoxlamanı
aparmaq üçün sənədləri,
materialları, hər hansı informasiyanı tələb etmək, yoxlamalara mütəxəssisləri və hüquq
mühafizə orqanlarının nümayəndələrini cəlb etmək və yoxlamaların nəticələri üzrə
Prezidentə baxılmaq üçün təkliflər vermək hüququ verilmişdir. O,
maliyyə
pozuntularının aradan qaldırılması haqqında göstəriş vermək hüququna malikdir ki,
Dostları ilə paylaş: