Mühazirə müəllimi: Dos. H. H. Həsənov



Yüklə 2,21 Mb.
Pdf görüntüsü
səhifə121/157
tarix10.12.2023
ölçüsü2,21 Mb.
#139539
növüMühazirə
1   ...   117   118   119   120   121   122   123   124   ...   157
Maliyyə Və Kredit

KitabYurdu.az 
154


Dövlət Xəzinədarlığına – Baş Dövlət Xəzinədarlığı və ona tabe olan ərazi 
orqanları – Naxçıvan MR Maliyyə Iqtisadiyyat Nazirliyinin rayon, şəhər maliyyə
idarələrinin və şöbələrinin xəzinədarlıq strukturları daxildir. Xəzinədarlığa rəhbərliyi – 
Baş 
direktor 
vəzifəsini Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin 
müavinlərindən biri icra edir. 
Xəzinədarlıq orqanlarına dövlət büdcə siyasətini həyata keçirmək, dövlət 
vəsaitlərinin daxil olmasına, məqsədyönlü və qənaətlə istifadə edilməsini ciddi həyata 
keçirməklə dövlət büdcəsinin icrası prosesini idarə etmək həvalə edilmişdir.
Xəzinədarlıq aşağıdakılara nəzarət edir: 
– dövlət büdcəsinin icrası prosesində onun gəlir və xərclər hissəsinə; 
– bütövlükdə dövlət maliyyəsinin vəziyyətinə və Azərbaycan Respublikası 
hökumətinin maliyyə əməliyyatları və büdcə sisteminin fəaliyyəti haqqında hesabların 
ali qanunvericilik və icra hakimiyyəti orqanlarına təqdim edilməsinə; 
– Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə Azərbaycan 
Respublikasının daxili və xarici dövlət borclarının vəziyyətinə; 
– büdcədənkənar dövlət fondlarına, onlar arasında və onlarla dövlət büdcəsi 
arasında maliyyə münasibətlərinə. 
Xəzinədarlıq orqanları büdcə və büdcədənkənar fondların vəsaitlərindən istifadə 
edən dövlət orqanlarında, banklarda, bütün mülkiyyət formalı müəssisələrdə müxtəlif 
pul sənədlərini, hesabatlarını, smetalarını yoxlamaq, onların banklardakı hesabları üzrə 
əməliyyatları dayandırmaq səlahiyyətinə malikdir. Onlar Mərkəzi Bankın fəaliyyətdə 
olan uçot dərəcəsi həcmində cərimə qoymaqla öz təyinatına istifadə edilməyən dövlət 
vəsaitinin mübahisəsiz qaydada geri qaytarmaq haqqında göstəriş vermək və habelə 
təsərrüfat subyektlərindən daxil olan vəsaitlərin dövlət büdcəsi və büdcədənkənar 
fondlara kommersiya bankları tərəfindən vaxtında köçürülmədiyi hallarda həmin 
bankları mövcud faiz dərəcəsi həcmində cərimələmək səlahiyyətinə malikdir. Bir qayda 
olaraq, xəzinədarlıq orqanları Dövlət Vergi Xidməti və Hüquq-mühafizə orqanları ilə 
qarşılıqlı əlaqədə fəaliyyət göstərirlər. Yuxarıda göstərilən «geniş profilli» maliyyə 

Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin