Mühazirə müəllimi: Dos. H. H. Həsənov



Yüklə 2,21 Mb.
Pdf görüntüsü
səhifə124/157
tarix10.12.2023
ölçüsü2,21 Mb.
#139539
növüMühazirə
1   ...   120   121   122   123   124   125   126   127   ...   157
Maliyyə Və Kredit

KitabYurdu.az 
157


Inzibati maliyyə nəzarəti nazirliklərin, idarələrin, dövlət komitələrinin və dövlət 
idarəçiliyinin digər orqanlarının struktur bölmələri tərəfindən onlara tabe olan 
müəssisələrin, idarələrin, maliyyə-təsərrüfat fəaliyyəti üzrə həyata keçirilir. Təftiş və 
yoxlamalar dövlət orqanlarının rəhbərliyi tərəfindən təyin edilir və kompleks şəkildə – 
kommersiya təşkilatlarında ildə bir dəfə, qalan idarə və təşkilatlarda isə 2 ildən bir dəfə 
aparılır.
QEYRI-DÖVLƏT MALIYYƏ NƏZARƏTI 
Qeyri-dövlət maliyyə nəzarəti firmadaxili nəzarətə, kommersiya bankları 
tərəfindən müştərilərə edilən nəzarətə və auditor nəzarətinə bölünür. 
Firmadaxili (təsərrüfatdaxili) nəzarət müəssisələrin, təşkilatların maliyə-iqtisadi 
bölmələri və nəzarət komissiyaları tərəfindən həyata keçirilə bilər. Bu orqanların statusu 
haqqında qaydalar daxili normativ-hüquqi aktlarla müəyyən edilir. Daxili nəzarət 
orqanları həm təşkilatın idarə edilməsi prosesində bu və ya digər əməliyyatların 
aparılmasının qanunauyğunluğuna, həm də məsrəflərin, o cümlədən investisiya 
layihələrinə yönəldilən vəsaitlərin səmərəliliyinə, məqsədyönlülüyünə, və habelə 
müəssisənin maliyyə vəziyyətinə nəzarəti həyata keçirir.
Təsərrüfatdaxili nəzarəti operativ (cari) və strateji nəzarətə bölmək olar. Operativ 
nəzarət vəsaitlərin hərəkətinin uçotunun və nəzarətinin düzgün təşkili əsasında baş 
mühasib tərəfindən həyata keçirilir. Bütün pul sənədlərində baş mühasibin imzası 
mütləqdir. Baş mühasib dövlət maliyyə intizamına və maliyyə qanuçuluğuna əməl 
edilməsinə cavabdehdir. 
Strateji maliyyə nəzarəti iqtisadi səmərəliliyin yüksəldilməsini təmin edən 
maliyyə resurslarından istifadə etməyə və kapital qoyuluşu üzrə optimal qərarları işləyib
hazırlamağı nəzərdə tutur. 
Kommersiya bankları müştərilər tərəfindən hesablaşma-kassa əməliyyatlarının 
aparılması qaydasına və valyuta qanunvericiliyinə əməl edilməsinə nəzarət etməyə 
borcludur. Kommersiya bankları təşkilatlara kredit verdikdə kredit müqavilələrinə 

Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin