Azərbaycanda auditor nəzarəti təşkilatların maliyyə-təsərrüfat
fəaliyyətinə
nəzarətin nisbətən yeni istiqamətidir.
Auditor nəzarəti kənar maliyyə nəzarətidir. Onu istər attestasiyadan və sahibkar-
auditor kimi qeydiyyatdan keçmiş olan ayrı-ayrı fiziki şəxslər və ya respublika
qanunvericiliyi ilə nəzərdə tutulmuş hər hansı təşkilati-hüquqi forması
olan auditor
firmaları (o cümlədən xarici) həyata keçirə bilər. Onlar auditor fəaliyyətinə lisenziya
aldıqdan sonra auditorların və auditor firmalarının Dövlət Reyestrinə daxil edilir.
Auditor nəzarətinin əsas vəzifəsi auditor nəzarətinin
audit olunacaq iqtisadi
subyektin mühasibat və maliyyə hesabatlarının düzgünlüyünü, aparılan
maliyyə və
təsərrüfat əməliyyatlarının Azərbaycan Respublikasında fəaliyyət göstərən normativ
aktlara
uyğunluğunu müəyyən etmək, ödəniş-hesablaşma sənədlərinin,
vergi
bəyannamələrinin və yoxlanılan iqtisadi subyektlərin digər maliyyə öhdəlikləri və
tələbnamələrinin yoxlanılmasından ibarətdir. Auditor təşkilatı
başqa xidmət növü də
göstərə bilər: mühasibat uçotunun qoyuluşu və aparılması, mühasibat hesabatının və
gəlir haqqında bəyannamənin tətbiqi, maliyyə-təsərrüfat
fəaliyyətinin təhlili və
proqnozlaşdırılması, mühasibat xidməti işçilərinin öyrədilməsi və maliyyə-təsərrüfat
qanunvericiliyi
məsələsində məsləhət vermək, auditor yoxlaması nəticəsində alınmış
təkliflərin işlənib hazırlanması və s.
Auditor təşkilatlarının bütün xidmətləri pulludur. Çünki auditor təşkilatlarının
özləri hüquqi şəxs statusu ilə təsərrüfat hesablı təşkilatlar kimi fəaliyyət göstərirlər. Bir
qayda olaraq auditorların müştəriləri ilə bütün münasibətləri xidmətlərin ödənilməsi
müqaviləsi ilə rəsmiləşdirilir.
Audit iki yerə bölünür - daxili audit və xarici audit.
– Daxili audit firma daxilində və eyni zamanda filiallarda audit xidmətini həyata
keçirir.
– Xarici audit (yaxud kənar audit ) – xüsusi audit firması, dövlət vergi idarəsi,
idarə və müəssisələr, banklar, xarici təsərrüfatlarla səhmdar və sığorta cəmiyyətləri ilə
bağlanmış müqavilələr əsasında həyata keçirilir. Xarici
auditlərin əsas vəzifələri
Dostları ilə paylaş: