– gün, yaxud faizlə normanın müəyyən edilməsi. Dövriyyə vəsaitlərinin norması
müəyyən vaxtda əmtəə-material qiymətlilər ehtiyatının həcmini xarakterizə edir, hansı
ki, istehsal prosesinin fasiləsizliyinin təmin edilməsi üçün zəruridir;
– dövriyyə vəsaitlərinin normativi dövriyyə vəsaitlərinin birgünlük xərcinin
ehtiyat günlərinə vurulmaqla yaxud faizlə hesablanır.
Dövriyyə vəsaitlərinin norması –
müəssisənin normal,
ahəngdar işinin təmin
edilməsi üçün zəruri olan əmtəə-material qiymətliləri üzrə ehtiyatın həcmidir.
Sənaye müəssisələrində xammal və materiallar üzrə günlə ehtiyat normasının beş
elementi vardır:
1. Nəqliyyat ehtiyatı (materialların yolda olma vaxtı);
2. Hazırlıq ehtiyatı (materialların
qəbul edilməsi, boşaldılması
və istehsal üçün
hazırlanması);
3. Cari anbar ehtiyatı (materialların göndərilmə aralarında
istehsal prosesinin
fasiləsizliyini təmin edir, sənayedə əsas sayılır);
4. Texnoloji ehtiyat – istehsalın texnologiyasına uyğun olaraq istehsalın əlavədən
hazırlanması zəruri olan xammal və materiallar üzrə);
5. Sığorta ehtiyatı (ehtiyat kimi yaradılır, istehsalın
fasiləsizliyinə təminat verir,
ambar ehtiyatının müəyyən hissəsi qədər yaradılır – 30-50 %).
Sənayedə dövriyyə vəsaitlərinin ayrı-ayrı elementləri üzrə normativlərin müəyyən
edilməsi:
1. Istehsal ehtiyatlarının normativ istehsal ehtiyatlarının
bir günə düşən
məsarifini ehtiyat günlərinə vurmaqla hesablanır. Istehsal ehtiyatlarının bir günə düşən
məsarifi IV kvartalda material xərclərini 90 günə bölməklə hesablanır.
2. Hazır məhsullar üzrə dövriyyə vəsaitlərinin normativi hazır məhsulların bir
günə düşən məsarifini günlə ehtiyat normasına vurmaqla hesablanır;
3. Gələcək dövrün xərcləri üzrə normativ bərabərdir – planlaşdırılan ilin əvvəlinə
qalıq, üstəgəl planlaşdırılan ilin xərci, çıxılır planlaşdırılan dövrdə silinən xərclər.
Dostları ilə paylaş: