Mühazirə müəllimi: Dos. H. H. Həsənov



Yüklə 2,21 Mb.
Pdf görüntüsü
səhifə14/157
tarix10.12.2023
ölçüsü2,21 Mb.
#139539
növüMühazirə
1   ...   10   11   12   13   14   15   16   17   ...   157
Maliyyə Və Kredit

KitabYurdu.az 
14


– tədavül qabiliyyətlidir – bunlar əsasən sadə veksellər, ötürücü veksellər, xəzinə 
vekselləri, dostluq vekselləridir. 
Sadə veksellər – borcluun müəyyən məbləği göstərilən müddətdə ödəməsi haqda 
yazdığı və imza etdiyi borc sənədidir.
Ötürücü veksellər – (tratta) əsasən xarici ticarət əlaqələrində istifadə olunan 
veksellərdir. Vekselin arxa hissəsində xüsusi təslim aktı olur ki, bu akt vekselin 
başqasına ötürülməsi ilə məsuliyyətinin də başqasına ötürülməsini özündə əks etdirir. 
Bu akt indossoment adlanır. Ötürücü veksellər kreditor tərəfindən imzalanır və borc 
tələb olunan müddətdə üçüncü tərəfə (remitentə) müəyyən miqdarda məbləğin 
verilməsi haqda kreditorun əmridir. Ötürücü vekseldə borc verən tərəf trassant adlanır. 
Xəzinə veksellərindən söhbət gedərgən burada borclu tərəf kimi dövlət iştirak 
edir. Bu veksellərə kredit bazarında ən çox tədavül xassəsinə və likvidliyə malik olan, 
risk səviyyəsi də başqa borc öhdəliklərindən az olan dövlət qısamüddətli kağızları 
aiddir. Bu kağızların dövlətin pul kredit sayəsində rolu olduqca böyükdür. Belə ki, 
məhz bu kağızların tədavülə buraxılması və yaxud əksinə tədavüldən çıxarılması 
dövriyyədəki pul kütləsinin tənzimlənməsinə effektiv şəkildə kömək edir. 
Dostluq veksellərini – ayrı-ayrı şəxslər bir – birinə onları sonra banka uçota 
təqdim eləmək şərti ilə yazırlar. 
Beləliklə, bankın kredit fəaliyyətinin ən başlıca istiqamətlərindən biri bankların 
veksellərlə olan əməliyyatlarıdır. 
Veksel bazarının funksional vəzifəsi əsasən qısa müddətli pul vəsaitlərinin 
yenidən bölgüsündən ibarətdir. Onun obyekti isə kommersiya və maliyyə vekselləridir. 
Veksel dövriyyəsi müxtəlif sahələri əhatə edə bilər: 
– Əvvəla bank ssudalarının verilməsi zamanı bank və müştəri arasındakı sahə; 
– Ikincisi, cəmiyyət və dövlət arasındakı sahə (xəzinədarlıq vekselləri); 

Üçüncüsü, bankın vasitəçiliyi olmadan fiziki və hüquqi şəxslər arasında.
Banknot kredit pullarının inkişafının növbəti mərhələsi hesab olunur. Banknot 
tədavülü də əsasən veksel tədavülünün əsasında meydana gəlmişdir. 

Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin