4. Bitməmiş istehsal üzrə normativ xərclərin artım əmsalı nəzərə alınmaqla
müəyyən edilir.
Xərclərin artım əmsalı – bitməmiş istehsalın orta
hesabla dəyərinin ümumi
xərclərə nisbətidir. O, iki üsulla müəyyən edilir:
1.
Xərclər bərabər artdıqda;
2.
Xərclər qeyri-bərabər artdıqda.
DÖVRIYYƏ VƏSAITLƏRININ FORMALAŞDIRILMASININ MƏNBƏLƏRI
Dövriyyə vəsaitlərinin formalaşdırılması mənbələri dörd qrupa bölünür:
1. Dövriyyə vəsaitlərinin formalaşdırılmasının xüsusi
və ona bərabərləşdirilən
mənbələri.
Müəssisə yaradılan vaxt təsisçilərin əmanətləri hesabına nizamnamə kapitalı
yaradılır. Ona görə də xüsusi vəsait nizamnamə kapitalında olan əmanətlərdir.
Müəssisənin fəaliyyəti zamanı xüsusi mənbələrinin tamamlanmasının əsas xüsusi
mənbəyi müəssisənin sərəncamında olan mənfəətdir.
Xüsusi mənbələrə bərabərləşdirilən vəsaitlər möhkəm passivlərdir.
Möhkəm
passivlər – sosial sığortaya ayırmalarla əmək haqqı üzrə minimum borclar. Qarşıdakı
xərclər və ödəmələrin ödənilməsi üçün ehtiyat üzrə minimum borclar. Ödənilmə
müddətindən əvvəl hesablanmış vergilər üzrə borclar.
2. Cəlb edilən vəsaitlər – kreditor borcları;
3. Borc mənbələri – bankın qısamüddətli kreditləri;
4. Sair mənblər.
KitabYurdu.az
181
DÖVRIYYƏ VƏSAITLƏRINDƏN ISTIFADƏNIN
SƏMƏRƏLILIK
GÖSTƏRICILƏRI
Dövriyyə vəsaitlərindən səmərəli istifadə edilməsinin müəssisənin işinin normal
təmin edilməsində rolu böyükdür. Müasir şəraitdə dövriyyə
vəsaitlərindən səmərəli
istifadə edilməsinə neqativ təsiri və onların dövriyyəsinin ləngiməsinə təsiri
iqtisadiyyatın böhranlı vəziyyətinin amilləri göstərir:
– istehsalın həcminin azalması;
– inflyasiya prosesi;
– ödəmə intizamının pozulması;
– vergitutma səviyyəsinin yüksək olması.
1. Dövriyyə vəsaitlərindən istifadənin səmərəliliyi onların dövriyyəsi göstəricisi
ilə xarakterizə olunur. Satışdan əldə edilən pul gəlirlərinin
dövriyyə vəsaitlərinin orta
illik qalığına bölünməsi yolu ilə hesablanır. Ildəki, yaxud rübdəki günlərin sayını
dövriyyə əmsalına bölməklə bir dövriyyənin başa çatmasına sərf edilən vaxt müəyyən
edilir.
2. Maddi dövriyyə vəsaitlərinin rentabelliyi – məhsulların satışından
əldə edilən
mənfəətin dövriyyə vəsaitlərinin orta qalığına bölünməsi yolu ilə hesablanır. Bu
göstərici vəsaitlərin 1 manatına düşən mənfəəti ifadə edir.
3. Material ödənişi – satışdan pul gəlirinin material xərclərinə bölünməsi yolu ilə
hesablanır.
Dövriyyə vəsaitlərinin saxlanması və səmərəli istifadə edilməsini xarakterizə
edən göstəricilər:
– istehsal ehtiyatlarının
səmərəli təşkili, yəni, optimal normalaşdırma, qənaətlə
istifadə;
– dövriyyə vəsaitlərinin bitməmiş istehsalda olmasının
müddətinin ixtisar
edilməsi;
Dostları ilə paylaş: