– hesablaşmalar
sisteminin təkmilləşdirilməsi, hazır məhsulların satışının
səmərəli təşkili.
Müəssisələrin maliyyəsinin təşkilinin mühüm istiqamətlərindən biri kapital
qoyuluşunun maliyyələşdirilməsi və kreditləşdirilməsidir.
Müəssisələrin maddi-texniki
bazası istehsal vasitələrinin məcmuunu əhatə edir. Onun möhkəmləndirilməsi istehsalın
inkişafının zəruri şərtidir. Kapital qoyuluşu yeni əsas fondların yaradılması, mövcud
fondların genişləndirilməsi, yenidən qurulması və texniki cəhətdən silahlandırılması ilə
əlaqədar xərclərdir. Kapital qoyuluşunun əsas istehsal fondlarının müxtəlif formalarını
ifadə edən aşağıdakı istiqamətləri mövcuddur:
yeni tikintilər, fəaliyyətdə olan
müəssisələrin genişləndirilməsi, yenidən qurulması və texniki silahlandırlması və s.
Texniki silahlandırma köhnəlmiş maşın və avadanlıqların
dəyişdirilməsi yolu ilə
istehsalın ayrı-ayrı sahələrində texniki səviyyənin yüksəldilməsinə yönəldilən tədbirlər
sistemidir. Yenidən qurulma yeni texniki baza əsasında istehsalın tam, yaxud qismən
yenidən qurulmasıdır.
Kapital qoyuluşuna daxildir: tikinti smetasına daxil edilməyən maşın, avadanlıq
və inventarların satın alınması, tikinti-quraşdırma işləri və tikinti smetasına daxil edilən
avadanlıqların satın alanması, aqrar bölmədə məhsuldar heyvanların
əsas sürüsünün
təşkili, sair əsaslı xərclər.
Kapital qoyuluşu aşağıdakı mənbələrdən maliyyələşdirilir: xüsusi vəsaitlər, borc
vəsaitləri, büdcə vəsaiti. Kapital qoyuluşu investorların vəsaiti hesabına da həyata
keçirilə
bilər. Mərkəzləşdirilmiş kapital qoyuluşu büdcə vəsaiti hesabına
maliyyələşdirilir. Qeyri-mərkəzləşdirilən kapital
qoyuluşu xüsusi vəsaitlər, bank
kreditləri və investorların vəsaiti hesabına maliyyələşdirilir. Müqavilə bağlayan tərəflər
vəsaitlərin bankdakı hesaba keçirilməsi qaydasını yerinə yetirilən işlərə görə
kreditləşdirmə və hesablaşmaların aparılması qaydaların
podrat işlərin yerinə
yetirilməsi, avadanlıqların, material qiymətlilərin və digər vəsaitlərin göndərilməsi
qaydalarını müəyyən edirlər. Əsaslı tikinti işlərinin
maliyyələşdirilməsi və
kreditləşdirilməsində aşağıdakı sənədlər tərtib edilir: əsaslı tikintinin titul siyahısı -
Dostları ilə paylaş: