Mühazirə müəllimi: Dos. H. H. Həsənov



Yüklə 2,21 Mb.
Pdf görüntüsü
səhifə142/157
tarix10.12.2023
ölçüsü2,21 Mb.
#139539
növüMühazirə
1   ...   138   139   140   141   142   143   144   145   ...   157
Maliyyə Və Kredit

KitabYurdu.az 
183


nəzərdə tutulan obyektlərin və planlaşdırılan dövrdə tikiləcək obyektlərin siyahısı, 
tikintidaxili titul siyahısı – tikinti obyektlərinin konkret illik planı, tikintinin smetası 
(smeta maliyyə haqq-hesabı) – hər bir obyekt üzrə pul vəsaitinin məbləğini müəyyən 
edir.
Podrad müqaviləsi – sifarişçi və podratçının qarşılıqlı münasibətlərini 
tənzimləyir. Yerinə yetirilən işlərin qəbulu aktı – faktiki yerinə yetirilən işlərə dair 
məlumatlar verilir. Hesablaşmalar nağdı və köçürmə qaydasında aparıla bilər.
Vəsait çatışmadıqda qısa və uzunmüddətli bank kreditlərindən istifadə edilir. 
Əsaslı tikinti işlərində istifadə edilən dövriyyə vəsaitlərinə qısamüddətli kreditlər 
verilir. Kredit müqavilədə nəzərdə tutulan məbləğdə və məqsədlərə verilir.
Müəssisələrdə maliyyə işi planlı qaydada təşkl edilməlidir. Planlaşdırma 
sahibkarlıq fəaliyyətinin bir hissəsidir. Maliyyə planlaşdırması özündə maliyyə və 
kredit resurslarının hərəkətinin planlaşdırılması prosesidir. Maliyyə planlaşdırmasının 
obyekti pul vəsaitləri fondu və onların formalaşdırılması mənbələridir. 
Maliyyə planlaşdırılması təsərrüfat subyektləri tərəfindən müstəqil həyata 
keçirilir. Planlaşdırma zamanı aşağıdakı üsul və metodlardan istifadə edilir: iqtisadi 
təhlil, əmsallar, normativ, iqtisadi-riyazi balans metodu. Onlar maliyyə planını daha 
yaxşı əsaslandırmaq məqsədilə bir-birini tamamlamaqla eyni vaxtda tətbiq edilir. 
Maliyyə planlaşdırılması prosesində məhsulların istehsalı və satışının artırılması, maya 
dəyərinin aşağı salınması və bunun əsasında pul gəlirləri və mənfəətin artırılması, əsas 
və dövriyyə fondlarından, kapital qoyuluşundan, xüsusi və borc vəsaitlərdən daha yaxşı 
istifadə edilməsi ehtiyatları aşkara çıxarılır. 
Maliyyə planlaşdırılması bir sıra mərhələlərdən ibarətdir: 
Birinci mərhələdə hesabat dövründə maliyyə göstəriciləri, məhsulların istehsalı 
və satışı, istehsal xərcləri, maddi-texniki təchizatın vəziyyəti, əsas və dövriyyə 
fondlarından istifadənin səviyyəsi təhlil edilir. 
Ikinci mərhələdə biznes planın göstəricilərinə və digər göstəricilərə əsasən 
gəlirlərin və xərclərin konkret növləri hesablanır. 

Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   138   139   140   141   142   143   144   145   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin