müəssisələrə xas olan ümumi xüsusiyyətlərə malikdir.
Xidmətedici müəssisələrin
maliyyələşdirilməsi və kreditləşdirilməsi xalq təsərrüfatı sahələrində olduğu qaydada
həyata keçirilir.
Xidmətedici müəssisələrin başqa
müəssisə və təşkilatlarla, həmçinin şəxslərdə
münasibətləri fəaliyyətin bütün sferalarında müqavilə əsasında qurulur.
Tərəflərin
vəzifələri və öhdəlikləri, yerinə yetiriləcək ilin həcmi, hesablaşmanın
formaları müqavilədə müəyyən edilir.
Texniki təmir işlərinin yerinə yetirilməsi üçün sifarişçi müəssisə təmir təşkilatına
müraciət edir. Tərəflər razılaşdıqdan sonra müqavilə bağlanır. Müqavilədə həm də təmir
obyektləri, işin yerinə yetirilməsinin vaxtı göstərilir. Təmir
xərcləri smeta-maliyyə
hesablamasında müəyyən edilir. Orada təmir xərclərinin növləri və təmirin smeta dəyəri
hesablanır. Smeta-maliyyə haqq-hesabı tərtib ediləndə xərclərin növləri üzrə xərc
norması göstərici və təmirin həcmindən istifadə edilir. Təmir işləri yerinə yetirildikdən
sonra sifarişçiyə təhvil verilir. Hesablaşma müqavilə şərtlərinə
uyğun olaraq yerinə
yetirilən iş mərhələləri üzrə, yaxud işlər tam yerinə yetirildikdən sonra aparıla bilər.
Işlərin yerinə yetirilməsi, xidmətlərin göstərilməsi və hazırlanmış məmulatların
satışından daxil olan pul vəsaitləri istehsal fəaliyyətindən mənfəəti təşkil edir.
Texniki təmir təşkilatının xərcləri təmir emalatxanasının
xərcləri, avtomobillər,
traktorlar və avadanlıqlara və avtomobil nəqliyyatı təsərrüfatına
texniki xidmət
xərclərindən digər istehsalat bölmələrinin xərclərindən ibarətdir.
Işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi, məmulatların hazırlanması
üzrə müstəqim (düzünə) xərclər bilavasitə maya dəyərinə daxil edilir. Qeyri-müstəqim
xərclər (dolayı) (ümumistehsalat və ümumtəsərrüfat xərcləri) istehsalat işçilərinin əmək
haqqına mütənasib olaraq bölüşdürülür.
Ümumi (balans) mənfəəti fəaliyyətin bütün sahələrindən
əldə edilən pul
gəlirlərindən fəaliyyətin bütün sahələri üzrə xərcləri çıxmaqla hesablanır. Mənfəət
fəaliyyətin iqtisadi səmərəliliyini xarakterizə edən göstəricidir.
Dostları ilə paylaş: