1.
Nəqliyyat müəssisəsinin mənfəəti;
2.
Amortizasiya;
3.
Büdcə vəsaiti;
4.
Möhkəm passivlərin artımı.
Xərclər hissəsində aşağıdakılar göstərilir:
1.
Mənfəətdən büdcəyə ödəmələr;
2.
Kapital qoyuluşunun həcmi;
3.
Xüsusi dövriyyə vəsaitləri normativinin artımı;
4.
Nəqliyyat vəsaitlərinin cari təmir xərcləri.
Bundan başqa dəmiryol nəqliyyatının maliyyə planına nəqliyyat təşkilatlarının
işçilərinə xidmət edən büdcə təşkilatlarının smetası da daxil edilir.
Dəmiryol
nəqliyyatında maliyyə planı ilə birlikdə valyuta əməliyyatlarının planı da tərtib edilir,
hansı ki, orada beynəlxalq əlaqələrdə yüklərin və sərnişinlərin daşınması üzrə xarici
valyuta ilə vəsaitlərin daxil olması və ödəmələr əks etdirilir.
Çay və dəniz nəqliyyatı təşkilatlarının maliyyə planında
dövlət kapital
qoyuluşuna büdcədən ayırmalar, yol təsərrüfatı üzrə və gəmiçilik müfəttişliyinin
saxlanması və mühafizəsi xərcləri, mənzil-kommunal təsərrüfatının zərərləri və s.
göstərilir.
Avtomobil nəqliyyatının dövriyyə vəsaitlərinin normativi iki qrup üzrə müəyyən
edilir:
1. Istehsal xərclərinin artımından bilavasitə asılı olan normalaşdırılan
dövriyyə
vəsaitləri üzrə, normativ xərclərin 1 manatına görə müəyyən edilir, plan üzrə istehsal
fəaliyyətinə əsasən hesablanan;
2. Ehtiyatları istehsal planının artımı ilə əlaqədar olmayan dövriyyə vəsaitəlri –
normativ keçən ildə faktiki orta qalıq səviyyəsində müəyyən edilir;
Dövriyyə vəsaitlərinin formalaşdırılmasının mənbələri
- başqa müəssisə-lərdə
olduğu kimidir, xarakterik xüsusiyyət möhkəm passivlərdir (köhnəlmənin və təkərlərin
təmirinin bərpası ehtiyatı – planla ödəmələr üzrə hesablaşmalar).
KitabYurdu.az
198
LIZINQ HAQQINDA ANLAYIŞ
Xidmət müəssisələrindən biri də lizinq müəssisələridir. Lizinq xidməti haqqında
Azərbaycan Respublikasının Qanunu (29 noyabr 1994-cü il, № 930).
Azərbaycan
Respublikasında həyata keçirilən lizinq xidməti bu Qanunla, Azərbaycan
Respublikasının digər qanunvericilik aktları və Azərbaycan Respublikasının beynəlxalq
müqavilələri (sazişləri) ilə tənzimlənir:
– lizinq istehlakçının sifarişi əsasında əmlakı satın almaqla onu istehlakçıya orta
və uzun müddətə icarəyə vermək məqsədilə həyata keçirilən xidmət növüdür;
– lizinq müəssisəsi - lizinq müqaviləsinin obyekti olan əmlakı satın almaqla onu
istehlakçıya icarəyə verən müəssisədir;
– icarəçi – lizinq müəssisəsindən əmlakı icarəyə götürən hüquqi və fiziki şəxsdir;
– qəbul protokolu – lizinq müqaviləsinin obyekti olan əmlakın qəbul edilməsi,
quraşdırılması və istismara verilməsi haqqında lizinq müqaviləsi subyektlərinin
imzaladıqları sənəddir;
– lizinq haqqı – icarəyə götürülmüş əmlak üçün icarəçinin
lizinq müəssisəsinə
ödədiyi haqdır.
Lizinq xidməti yönəldilən vəsaitin mənbəyinə, lizinq haqqının tərkibinə,
lizinq
müqaviləsi subyektlərinin iştirakına görə əsasən aşağıdakı formalarda həyata keçirilir:
1. Lizinq xidmətinin həyata keçirilməsinə yönəldilən vəsaitin mənbəyinə görə:
– lizinq müəssisəsinin öz vəsaiti hesabına həyata keçirilən xidmət;
– lizinq müəssisələrinin öz vəsaiti və digər mənbələrdən cəlb olunmuş vəsait
hesabına həyata keçirilən xidmət (bu halda lizinq müəssisəsinin öz vəsaiti xidmətin
ümumi dəyərinin 30%-dən az olmamalıdır).
2. Lizinq haqqının tərkibinə görə:
– əmlakın satılma dəyəri,
digər xidmət xərcləri, habelə lizinq müəssisəsinin
mənfəəti daxil edilməklə lizinq haqqı ödənilən xidmət;
Dostları ilə paylaş: