Mühazirə müəllimi: Dos. H. H. Həsənov



Yüklə 2,21 Mb.
Pdf görüntüsü
səhifə155/157
tarix10.12.2023
ölçüsü2,21 Mb.
#139539
növüMühazirə
1   ...   149   150   151   152   153   154   155   156   157
Maliyyə Və Kredit

KitabYurdu.az 
204


texnoloji avadanlıqlar, təmir üçün və köməkçi materialları, azqiymətli və tez köhnələn 
əşyalar, neft məhsulları, bitməmiş istehsal, gələcək dövrün xərcləri, hazır məhsullar. 
Normalaşdırılmayan dövriyyə vəsaitlərinə daxildir: yüklənmiş mallar, təhvil 
verilən işlərə görə sifarişçinin borcları, pul vəsaitləri, debitor borclarının bütün növləri, 
sair aktivlər. 
Müəssisə dövriyyə vəsaitlərinin ehtiyat norma və normativlərini sərbəst müəyyən 
edir və əmtəə-material qiymətlilərin normadan artıq ehtiyatının əmələ gəlməsinə nəzarət 
edir.
Maşın və mühərriklərin dəyişmə fondu üzrə xüsusi dövriyyə vəsaitinin normativi 
keçən ildə dəyişmə əməliyyatlarının həcminə əsasən planlaşdırılan ildə tam komplektli 
traktorların göndərilməsinin həcmi nəzərə alınmaqla müəyyən edilir. Dövriyyə 
vəsaitinin norması keçən ildə xüsusi dövriyyə vəsaiti normativinin keçən ildə plan üzrə 
dəyişmə əməliyyatlarının həcminə bölünməsi və planlaşdırılan ildə dəyişmə 
əməliyyatlarının həcminə vurulması yolu ilə müəyyən edilir. Alınan nəticəyə nəqliyyat-
tədarük xərcləri nəzərə alınmaqla və artıq köhnəlmiş maşınların dəyəri çıxılmaqla 
planlaşdırılan ildə göndərilən tam komplektli traktorların həcminin dəyəri əlavə edilir. 
1. 
Misal:
Əgər 100 təmir üçün traktorların mühərrikinin dəyişmə fondu 9 vahid 
nəzərdə tutulubsa, plan üzrə 300 təmir nəzərdə tutulubsa, onda dəyişmə fondunun 
norması 27 mühərrik təşkil edir (300×9/100). 
Ehtiyat hissələri üzrə dövriyyə vəsaitinin norması keçən ildə kvartallıq və yaxud 
aylıq tarixə minimum qalığın illik məsarifə bölünməsi yolu ilə müəyyən edilə bilər. 
Ehtiyat hissələri üzrə xüsusi dövriyyə vəsaitinin normativi əldə edilən normanın 
planlaşdırılan ildə ehtiyat hissələrinin məsarifinə vurulması yolu ilə müəyyən edilir.
2
. Misal: 
Keçən ildə ehtiyat hissələrinin məsarifi 110 min manat olmuşdur
minimum qalıq 5 min manat olmuşdur. Cari ehtiyat 16,0 yəni (5×360/110) günə 
bərabərdir. Ona 2 gün əlavə edilir (material qiymətlilərin yolda olan müddəti). Nəticədə 
ehtiyat hissələrinin qalıq norması 18 gün təşkil edir.

Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   149   150   151   152   153   154   155   156   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin